Səssiz intiharın siyasi rezonansı - Makron hədəfdə...
15.07.2025 [09:24]
Fransa Rusiyanın “yolunu” davam etdirir?
Fransa siyasi səhnəsində baş verən son hadisə yalnız bu ölkənin deyil, bütövlükdə Avropa ictimaiyyətinin diqqətini cəlb edib. Prezident Makronun tanınmış siyasi rəqiblərindən birinin müəmmalı şəkildə həyatını itirməsi istər daxildə, istərsə də beynəlxalq aləmdə ciddi suallar doğurub. Hadisənin başvermə şəraiti, verilən rəsmi açıqlamalarla qeyri-rəsmi iddialar arasındakı ziddiyyətlər, eləcə də ölən şəxsin son aylarda sərgilədiyi siyasi fəallıq Fransa cəmiyyətində dərin narahatlıqlar və xeyli suallar yaradıb. Müxalif fiqurun ani ölümü fonunda bəzi dairələr bu olayın arxasında daha geniş siyasi məqsədlərin ola biləcəyini istisna etmirlər.
Qətl yoxsa intihar?
Belə ki, Fransanın sağ mərkəzçi Respublikaçılar Partiyasının üzvü Olivier Marleks bu yaxınlarda evində ölü tapılıb. Hadisə rəsmi olaraq intihar kimi qeydə alınsa da, onun hakimiyyətin siyasətini tənqid etməsi və bir neçə ay əvvəl Makron hökumətini ittiham edən çıxışları bu ölüm hadisəsinə şübhəli çalarlar qatır. Bundan öncə isə Makronla şəxsi münasibəti olduğu iddia edilən plastik cərrah Francois Fevre pəncərədən yıxılaraq ölmuşdu. Onun ailəsi də intihar versiyasını rədd edib və məhkəmə tibbi ekspertizasının nəticələrini şübhə altına alıb. İki ölüm hadisəsinin qısa zaman fərqilə baş verməsi və hər ikisinin birbaşa və ya dolayı yolla Makron ailəsi ilə əlaqələndirilməsi Fransada azad söz və təhlükəsiz siyasi fəaliyyət mühitinə dair narahatlıq yaradıb.
Qeyd edək ki, Marleks 54 yaşında idi və o, Fransanın keçmiş baş naziri Mişel Barnierin şəriki idi. Cəsədi jandarmlar iyulun 7-də axşam saatlarında deputatın yaşadığı evdə tapıblar.
Marleks ilk dəfə 2012-ci ildə parlamentə üzv seçilib. Bundan əvvəl o, keçmiş prezident Nikola Sarkozinin (2007-2012) müşaviri olub. İntihar edən deputatın ölümündə “Makron şübhələri”nin yaranmasına səbəb isə Marleksin Makronun siyasətinin fəal tənqidçisi olması idi. O, Fransanın “Alstom” enerji şirkətinin Amerikanın “General Electric” konserninə satılmasını araşdıran parlament komissiyasına rəhbərlik edib. Deputat sövdələşmədən əldə edilən vəsaitin bir hissəsinin Makronun 2017-ci ildə prezidentlik kampaniyasının maliyyələşdirilməsinə sərf olunmasından şübhələnirdi.
Cəmiyyət siyasi sifariş deyir...
Qeyd olunduğu kimi, Marleksin yaxın ətrafı və müstəqil media intihar ehtimalına ciddi şübhə ilə yanaşır. İddialara görə, mərhum son günlər ərzində təqib edildiyini, gizli təzyiqlərə məruz qaldığını yaxın çevrəsinə etiraf etmişdi. Onun ölümündən cəmi bir neçə gün əvvəl ölkənin siyasi quruluşunu tənqid edən çıxışları və yeni hərəkat yaratmaq niyyətləri ilə bağlı məlumatlar yayılmışdı.
Ümumiyyətlə isə son dövrlərdə Fransada siyasi qütbləşmənin dərinləşməsi, xüsusilə prezident Makronun daxili siyasətinə qarşı kəskin tənqidlərin artması fonunda, bu cür ölüm halları daha fərqli müstvidə təhlil olunur. Mərhum son seçki dövründə Makronun əsas tənqidçilərindən biri olmuşdu və onun liderliyini “elitaların xalqdan uzaqlaşdırılması” kimi sərt ifadələrlə tənqid etmişdi.
Bu baxımdan da, hadisə ictimaiyyətdə şok effekti yaratdı. Artıq günlərdir ki, sosial şəbəkələrdə “ölüm yoxsa siyasi sui-qəsd?”, “kimlərə sərf edir?” sualları geniş müzakirə olunur. Müstəqil jurnalistlər və beynəlxalq media qurumları hadisənin istintaqının şəffaf aparılmasına çağırış etsələr də, Fransa hakimiyyət dairələrinin “səssizliyi” və “təmkinli” açıqlamaları ictimai narahatlığı daha da artırır. BBC, Le Monde və Deutsche Welle kimi aparıcı KİV-lər bu hadisəni Avropada demokratiyanın gələcəyi ilə bağlı ciddi suallar yaradan hal kimi dəyərləndirir.
Qeyd edək ki, fransız deputatın ölümünə dair irəli sürülən əsas ehtimallar arasında intihara aparan psixoloji təzyiq və təqiblər ön planda tutulur. Siyasi sifarişlə həyata keçirilən sui-qəsd belə sayılan ölüm hadisəsinin məqsədi kimi siyasi kluarlarda qarşıdan gələn seçkilər öncəsi güclü rəqibin neytrallaşdırılması faktı irəli sürülür. Cəmiyyətin əsas tələbi həqiqətin araşdırılmasıdır - iddia edilir ki, həqiqət ortaya çıxmasa, bu, təkcə Fransada yox, Avropada siyasi etimadın sarsılması ilə nəticələnə bilər.
Rusiya nümunəsi...
Bir çox siyasi ekspertlər bu hadisənin, ümumiyyətlə son dövrlərdə Fransanın siyasi mətbəxində “baş verənləri” Rusiya nümunəsi ilə müqayisə edirlər. Bildirilir ki, zaman-zaman Rusiyada da müxalif, tənqidi mövqedə olan şəxslərin müəmmalı ölümü və şübhəli halları nəzərə çarpır. Hətta bəzi keçmiş nazirlərin, qubernatorların işdən azad edilməsindən az sonra faciəvi və ya məmmalı şəkildə ölməsi faktı da misal çəkilir - xatırladaq ki, bu kimi analogiyalar yeni amansız oyunların güclənməsi kimi qiymətləndirilirdi.
Bundan başqa, Rusiyada məmmalı şəkildə ölənlər arasında enerji sektorunun, xüsusi xidmət orqanlarının keçmiş əməkdaşlarının adları daha çox çəkilir. Vaxtilə dövlətə xidmət edən, hətta xarici regionlarda silahlı birləşmələrə başçılıq edən şəxslər belə müəmmalı sonluğa düçar olurdular. Onların arasında radiasiyaya məruz qalanlara da təsadüf olunub.
Fransada da eyni mənzərənin müşahidə olunması ortadakı sualları bir az da qəlizləşdirir - bunun, Makronun “gələcək planları” çərçivəsində baş verməsi ehtimalları da artır...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41

