Ermənistan KTMT-yə gəlmədi...
31.05.2025 [09:58]
İrəvan bu dəfə də müttəfiqləri ilə bir masa arxasına oturmadı
Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin növbəti toplantısı da Ermənistansız keçdi. İclas çərçivəsində təşkilatın kollektiv qüvvələrinin fəaliyyəti də gündəmdə olub. Qeyd olunub ki, KTMT qüvvələri müasir dövrün hərbi təhdid və çağırışlarına qarşı birlikdə cavab verməyə hazırdır. İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın müdafiə nazirləri, həmçinin KTMT-nin baş katibi, Katiblik və Birləşmiş Qərargahın nümayəndələri iştirak ediblər. Görüş zamanı 2026-2030-cu illəri əhatə edən yeni hərbi əməkdaşlıq planı təsdiqlənib.
Ermənistan növbəti dəfə öz müttəfiqləri ilə bir masa arxasında oturmayıb. Halbuki son dövrlərdəki proseslər onu göstərirdi ki, artıq “buzlar” əriməyə başlayıb. Buna qədər bir neçə dəfə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-dən çıxmağı planlaşdırmadığını demişdi - paralel olaraq ötən həftə Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov da İrəvan-KTMT əməkdaşlığının yenidən bərpa olunacağına işarə vurmuşdu. Amma proses göstərir ki, işlər “planlaşdırılan” şəkildə inkişaf etməyib...
Bəyanat verir, amma...
Ümumiyyətlə, artıq bir neçə ildir ki, rəsmi İrəvan KTMT çərçivəsində keçirilən fərqli strtukturların görüşlərinə qatılmır, keçirilən hərbi təlimlərdə iştirak etmir. İrəvan 2023-cü il yanvar ayında öz ərazisində KTMT təlimlərinin keçirilməsinə etiraz etmiş həmin ilin martında isə öz nümayəndəsini KTMT rəhbərinin müavini vəzifəsinə təyin etməkdən boyun qaçırmışdı. 2023-cü ilin noyabrında Ermənistan baş naziri İrəvanda keçirilən KTMT sammitinin yekun sənədini imzalamamışdı.
Ötən il fevralın 22-də Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakının “dondurulduğunu” bildirmişdi. 2024-cü ilin mayında isə Paşinyan Ermənistanın KTMT-nin maliyyələşdirilməsindən də imtina etdiyini bəyan etmişdi. Ardından həmin ayın sonunda Almatıda keçirilən KTMT Müdafiə Nazirləri Şurasının işində də iştirak etməmişdi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə KTMT Xarici İşlər Nazirləri Şurasının ötən ilin iyunun 21-də Almatıda keçirilən iclasına da qatılmamışdı. Nəhayət, baş nazir Paşinyan ötən il noyabrın 28-də Astanada Qazaxıstan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan prezidentlərinin iştirakı ilə baş tutan KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasına getməkdən imtina etmişdi.
İrəvanın “son” gedişi...
Bişkekdə keçirilən KTMT üzvü olan ölkələrin müdafiə nazirlərinin iclasında Ermənistanın yenidən iştirak etməməsi rəsmi İrəvanın geosiyasi kursu ətrafında sualları daha da artırır. Vurğulandığı kimi, Rusiya xarici işlər naziri Sergey Lavrovun son İrəvan səfəri çərçivəsində verilən açıqlamalar Ermənistan-Rusiya münasibətlərində “buzların əriməsi”nə ümid yaratmışdı. Amma baş verənlər göstərdi ki, Ermənistan hələ də Qərb kursundan tamamilə vaz keçməyib və “Moskvaya dönmək”də tərəddüd edir. Lavrovun səsləndirdiyi əməkdaşlıq mesajları Ermənistanın KTMT-dən və ümumiyyətlə Rusiya ilə hərbi-siyasi blokdan kənarda qalmasının rəsmi Moskva tərəfindən xoş qarşılanmadığını açıq şəkildə göstərirdi. Onun səfəri Moskvanın Ermənistanı yenidən regional təhlükəsizlik platformalarına qaytarmaq istiqamətində son diplomatik cəhdlərindən biri kimi qiymətləndirilirdi.
Buna baxmayaraq, Ermənistan nəinki KTMT iclasında iştirak etmədi, hətta Bişkekdəki görüşlə bağlı heç bir rəsmi bəyanat da vermədi. Bu, Paşinyan hökumətinin açıq şəkildə Qərbin orbitində qalmaq istəyini də nümayiş etdirən fakt kimi qəbul oluna bilər.
İki stul arasında...
Maraqlı cəhət budur ki, son aylarda Qərbin Ermənistana münasibətində əvvəlki “həvəs” müşahidə olunmur. Aİ və ABŞ-dan gələn dəstək daha çox siyasi jestlər səviyyəsində qalır və konkret əməkdaşlıq və ya tərəfdaşlıqla bağlı hər hansı bir anons, mesaj səsləndirilmir. Beləliklə, Ermənistanın geosiyasi xəritədəki hazırkı durumu “iki stul arasında qalmaq” ifadəsi ilə daha dəqiq xarakterizə edilə bilər. 2020-ci ildən sonra Rusiyadan uzaqlaşmağa çalışan İrəvan Avropa və ABŞ-ın keçmiş prezident administrasiyası ilə əlaqələri gücləndirməyə çalışdı. Bayden-Blinken administrasiyasının dəstəyi nəticəsində İrəvan özünü ABŞ-ın yaxın “tərəfdaşı” kimi qələmə verməyə başladı. Amma nəticə bir daha onu göstərir ki, Qərbin Ermənistanı Cənubi Qafqazda özünün əsas tərəfdaşı kimi görmək niyyəti olmayıb - daha çox bu ölkədən geosiyasi alət kimi istifadə edilib. Hətta Avropa İttifaqı Ermənistana müşahidə missiyası göndərsə də, bu addım təhlükəsizlik baxımından real bir müdafiə təminatı kimi xarakterizə oluna bilməzdi. ABŞ-ın isə Ermənistana o dövrdəki marağı Bayden administrasiyasının ermənipərəst mahiyyəti ilə lokallaşırdı. Bu baxımdan İrəvan faktiki olaraq hər iki tərəfdən - həm KTMT-dən, həm də Qərbdən - eyni anda uzaq düşmək dövrünü yaşayır.
Yeganə çıxış yolu Azərbaycanla sülhü imzalamaqdır...
Azərbaycanın 2020-ci il Vətən müharibəsindəki qələbəsi və regionda formalaşan yeni geosiyasi balans fonunda Ermənistanın hələ də siyasi müəmmalar içində dolaşması həm regionda, həm də öz daxilində qeyri-müəyyənlik yaradır. Paşinyan hökuməti daxili siyasi legitimliyi qorumaq üçün zaman-zaman Qərb yönümlü bəyanatlar verir - lakin praktik addımlar atmır. Hazırkı vəziyyət isə Ermənistan üçün “seytnot” yaradıb. İrəvan nəticədə özünü daha da təcrid vəziyyətinə salır. Amma çıxış yolu var - Azərbaycanın irəli sürdüyü şərtlərə əməl edərək sülh sənədinin imzalanması Ermənistan üçün yeganə çıxış yoludur. Bu yolla Ermənistan özünün müstəqilliyini “elan” edə bilər. Çünki Azərbaycanın bölgənin inkişafı üçün planlaşdırdığı layihələrdə iştirakı Ermənistanı dövlət kimi təsdiqləyəcək. Əks halda Ermənistan regional və qlobal güclər arasında “get-gəl”də qalacaq.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50

