Mayın 15-də...
13.05.2025 [09:32]
İstanbul tarixi görüşə ev sahibliyi edəcək
Rusiya ilə Ukrayna masada “üz-üzə”dir
Rusiya-Ukrayna müharibəsinin bitirilməsi istiqamətində gedən 3 illik prosesdə ən mühüm mərhələ yaşana bilər. Ayrı-ayrı dövlətlərin və təşkilatların təşkil edə bilmədiyi “sülh masası” İstanbulda qurulacaq. Belə ki, rəsmi Ankara birbaşa sülh danışıqları prosesinə ev sahibliyi etməyə hazırlaşır. Xatırladaq ki, müharibə başlayandan indiyə qədər əsas danışıqlar məhz Türkiyənin vasitəçiliyi ilə reallaşmışdı. Antalya Forumu çərçivəsində XİN rəhbərlərinin ilk təması, taxıl sazişi kimi müharibənin gedişinə təsir edən danışıqlar məhz Türkiyənin vasitəçiliyi ilə baş tutmuşdu. Bu dəfə isə masa arxasında Vladimir Putin ilə Volodimir Zelenski otura bilər - Ankaranın “Roma statutu”na qoşulmaması üzərində sanksiya olan Putinin Türkiyə sərhədlərindən içəri daxil olmasına heç bir maneə yaratmır. Beləliklə, Türkiyə nəşrlərinin də təsdiqlədiyi kimi, son dövrlərin əsas Rusiya-Ukrayna “siyasi dueli” İstanbulda baş tuta bilər...
“Onu gözləyəcəm”...
Bir neçə gün öncə Rusiya prezidenti Ukrayna müharibəsində üçüncü dəfə atəşkəs elan olunduğunu açıqlamışdı və bildirmişdi ki, sülh təşəbbüsü Türkiyənin vasitəçiliyi ilə reallaşa bilər - bununla bağlı bəyanatında Putin demişdi ki, Rusiya artıq qələbəsini elan edir və üçüncü dəfə atəşkəs elan edir: “Ukrayna ilə birbaşa və ilkin şərtsiz danışıqların 15 mayda İstanbulda başlanmasını təklif edirik”.
Görüşlə bağlı siyasətçilərin düşüncələri, baxışları fərqlidir. İlk olaraq bu nüansa toxunaq ki, həm ABŞ, həm Rusiya, həm də Ukrayna cəmiyyəti problemin Türkiyədə həll ediləcəyinə inanır - ən azından buna inam digər ölkələrdən böyükdür. Səbəb isə, Ankaranın son illərdə regionda oynadığı mühüm strateji roldur. Zelenski ilə Putinin “üz-üzə” oturması isə məsələnin həllində ilk pillənin aşılması demək olacaq. Təsadüfi deyil ki, Ukrayna liderinin çağırışı siyasi dairələrdə Kiyevin sülh istəyi kimi dəyərləndirilir. Belə ki, Zelenski Vladimir Putinə birbaşa çağırış edərək onunla şəxsən Türkiyədə görüşməyə hazır olduğunu bildirib və “onu gözlədiyini” deyib. Eyni zamanda o, mayın 15-də Türkiyəyə gedəcəyini deyib. Bu barədə məlumatı “Axios” nəşri Ukrayna rəsmisinə istinadla yayıb. Bu qərar isə sülh prosesi baxımından kritik və simvolik məna daşıyır. Rusiya Prezidenti Vladimir Putinin 15 mayda İstanbulda Ukrayna ilə birbaşa danışıqlara başlaması barədə irəli sürdüyü təklif fonunda, Zelenskinin bu jesti həm diplomatik, həm də informasiya müharibəsində əhəmiyyətli siqnaldır. Hətta Qərb nəşrləri Zelenskinin Putinə birbaşa görüş təklif etməklə siyasi təşəbbüsü öz əlinə aldığını düşünür. “The Guardian” qəzeti yazıb ki, nadir hallarda səfərlərə çıxan Putini danışıqlara razı salmaq və ya açıq şəkildə bundan imtina etməyə məcbur etməklə Zelenski təşəbbüsü Kreml sahibindən almağa nail olub.
Rusiya “tam kapitulyasiya” deyir?
Rusiyanın isə Türkiyə danışıqları ilə bağlı planları fərqlidir. Belə ki, Putin mayın 15-də Ukraynadan tam kapitulyasiya da tələb edə bilər. “The Times” yazır ki, Kremlin şərtləri arasında Ukraynada hakimiyyətin dəyişdirilməsi, NATO-ya üzvlükdən rəsmi imtina və ciddi ərazi güzəştləri yer ala bilər. Rusiya rəhbərliyi bu tələbləri Ukrayna ilə mümkün sülh razılaşmasının ilkin şərtləri kimi təqdim etməyə hazırlaşır. Danışıqların dəqiq vaxtı və formatı hələlik məlum olmasa da, Qərb mənbələri bu tələb və təzyiqlərin sülh prosesinə zərbə vura biləcəyini bildirirlər.
Siyasi texnoloqlar düşünürlər ki, Rusiyanın açıq kartla oynamasının səbəblərindən biri Trampın son açıqlamasıdır - belə ki, ABŞ prezidenti Ukraynanı Rusiya prezidentinin mayın 15-də İstanbulda birbaşa danışıqlar aparmaq təklifinə “dərhal” razılaşmağa çağırıb. Eyni zamanda, ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq mayın 11-də bəyan edib ki, Ukraynada tam və qeyd-şərtsiz atəşkəs birbaşa sülh danışıqlarına başlamazdan əvvəl olmalıdır. “Prezident Trampın dəfələrlə dediyi kimi, qətli dayandırın! Əvvəlcə qeyd-şərtsiz 30 günlük atəşkəs elan edin və sonra bu müddət ərzində hərtərəfli sülh danışıqlarına keçin”.
Ankara iş başında...
Tarixi görüşə vasitəçilik edəcək Türkiyə də “boş dayanmır”. Bütün tərəflərlə əlaqə saxlayan rəsmi Ankara prosesi maksimum müsbət nəticələrlə yekunlaşdırmağa qərarlı görünür. Məsələn, Prezident Ərdoğanın son günlərdəki telefon danışıqları bunu təsdiqləyir. Qeyd edək ki, mayın 11-də Fransa prezidenti Makron ilə danışan Ərdoğan danışıqlarda “tarixi dönüş nöqtəsi”nin əldə edildiyini bildirib. O, müharibəyə son qoymaq yolunda tarixi dönüş nöqtəsinin əldə edildiyini, bu fürsətdən istifadə edilməli olduğunu və Türkiyənin atəşkəs və davamlı sülhün təmin edilməsi üçün danışıqların təşkili də daxil olmaqla, hər cür töhfə verməyə hazır olduğunu bildirib.
Paralel olaraq Ərdoğanın Rusiya prezidenti ilə də telefon danışığı olub. Rusiya hakimiyyəti Putinin Ərdoğanla danışıqlarını təsdiqləyib. “Türkiyə tərəfi davamlı sülhün əldə edilməsinə yönəlmiş danışıqların təşkili və aparılmasında hər cür köməklik göstərəcək”, - Kremlin bəyanatında deyilir.
Aİ-dən yeni sanksiya təhdidi...
Qeyd edək ki, Avropa kontingenti də prosesi diqqətlə izləyir. Almaniya kansleri Fridrix Mertz bildirib ki, Moskvanın atəşkəslə razılaşması real danışıqları mümkün etmək üçün yeganə yoldur. “Əvvəlcə silahlar susmalıdır, sonra danışıqlar başlaya bilər”, - Mertz deyib. Fransa prezidenti Emmanuel Makron da oxşar bəyanatla çıxış edib. O, ukraynalıların bombalanmaya davam edərkən danışıqlara getməsini qəbuledilməz adlandırıb.
Paralel olaraq Aİ Rusiyaya qarşı maraqlı bir taktikaya əl ata bilər. Belə ki, İttifaq Rusiyaya qarşı yeni - 17-ci sanksiyalar paketini müzakirə edir. Bu barədə xarici mətbuat yazıb. Bildirilib ki, bu paket Aİ dövlətlərinin nümayəndə heyətləri arasında xüsusi fikir ayrılığına səbəb olmayıb və səfirlər səviyyəsində müzakirələr sürətlə aparılıb. Eyni zamanda, bir neçə nümayəndə heyəti Avropa Komissiyasının təqdim etdiyi yeni düzəlişləri öyrənmək üçün əlavə vaxt tələb edib. Sanksiyalar ilkin mərhələdə təsdiq edilərsə, onun tətbiq olunması üçün Aİ Xarici Əlaqələr Şurasında rəsmi təsdiq olunmalıdır. Bu iclas isə mayın 20-nə planlaşdırılır. Yəni İstanbuldan gələcək hər hansı neqativ bir nəticə 17-ci sanksiyalar paketini aktivləşdirə bilər. Bunu Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaya Kallas da dolayısı ilə təsdiqləyib. O bildirib ki, paket hələ tam razılaşdırılmayıb - “Rusiyanın sülh istəməsi üçün biz daha çox təzyiq göstərməliyik və sanksiyalar vasitələrdən biridir”,- deyə Kallas əlavə edib. Yeni sanksiyalar paketinin mühüm elementlərindən biri Rusiya “kölgə donanması”nın əlavə gəmilərinin qara siyahıya salınması olacaq. Bəzi məlumatlara görə, onların sayı 200-ə çata bilər. Fiziki və hüquqi şəxslərin də sanksiya siyahısı genişləndiriləcək.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58
