Avropa İttifaqında fikir ayrılığı...
18.04.2025 [08:59]
Rusiyaya qarşı 17-ci sanksiya paketi qəbul olunmaya bilər
Hazırda dünyada baş verən hadisələr fonunda “sanksiya siyasəti” daha geniş şəkildə tətbiq olunmağa başlayıb. Dünyanın böyük dövlətləri və blokları qarşılıqlı olaraq sanksiyalar tətbiq etməklə öz üstünlüklərini təmin etməyə çalışırlar. Bu mənada, son illərdə ən çox sanksiyalara məruz qalan ölkələrdən biri Rusiyadır. Ukrayna ilə müharibə səbəbilə Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16 sanksiya paketi qəbul edib. Sonuncu - 16-cı sanksiyalar paketi bu ilin fevral ayında Ukraynada hərbi əməliyyatların üçüncü ildönümü ilə əlaqədar təsdiqlənib. Bu paketdə nəzərədə tutulan məhdudiyyətlər 13 banka, eləcə də Aİ-nin Rusiyanın “kölgə” donanmasının bir hissəsi hesab etdiyi 73 gəmiyə, ilkin alüminiumun idxalına şamil olunub. Ümumilikdə, Rusiyanın 35 şirkəti və 48 fiziki şəxsi sanksiyalara məruz qalıb. Digər məsələlərlə yanaşı, Aİ ölkələri xrom və bəzi kimyəvi maddələrin idxalını, həmçinin neft və qaz emalı zavodlarına xidmət göstərilməsini qadağan edib.
Macarıstanın isə 16-cı paketdə nəzərdə tutulan məhdudiyyətlərdən Rusiya nefti və neft məhsullarından istifadə üçün istisnanı təmin edib və həmçinin Budapeşt metrosunun texniki xidməti ilə məşğul olan Rusiyanın “Metrovaqonmaş” şirkətinin fəaliyyətinə qoyulan qadağadan yayınıb.
Macarıstan etiraz edir
Hazırda Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayır və may ayında bu barədə razılığa gəlməyi planlaşdırır. Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Aİ Şurasının Lüksemburqda keçirilən iclasından sonra mətbuat konfransında deyib. Jurnalistlərin yeni sanksiyalar paketində Rusiyadan mayeləşdirilmiş təbii qazın tədarükünə qadağanın daxil olub-olmayacağı ilə bağlı sualına Kallas belə cavab verib: “Müzakirələr davam edir, lakin siz bilirsiniz ki, sanksiyaların tətbiqi üçün 27 ölkənin hamısının razılığı lazımdır. Mənim fikrimcə, mümkün olan ən güclü sanksiyalar paketini tətbiq etmək lazımdır”.
Amma görünən odur ki, rəsmi Budapeşt bu məsələdə də müqavimət göstərəcək. Belə ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib ki, ölkəsi enerji təchizatı sahəsində Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləməyəcək. Nazir Aİ-nin XİN başçılarının görüşündə Rusiyaya qarşı 17-ci sanksiyalar paketi layihəsinin müzakirə olunduğunu və tədbirə videobağlantı vasitəsilə qoşulan Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın “Rusiyanın enerji resurslarına və nüvə sənayesinə qarşı sanksiyaların tətbiqini tələb etdiyini” vurğulayıb. “Avropa İttifaqından bir neçə həmkarımız bu tələblərə qoşulub. Biz bunu heç bir şəkildə dəstəkləməyəcəyik”, - deyə Peter Siyarto vurğulayıb.
Məlumdur ki, Rusiya-Ukrayna müharibəsində Avropa İttifaqı rəsmi Kiyevi dəstəkləyir. Aİ-nin sanksiyalarının məqsədi Rusiyanı zəiflətmək, Ukraynanın isə müqavimət gücünü artırmaqdır. Rusiya-Ukrayna müharibəsi bəzən sanksiyalar müharibəsi kimi də səciyyələndirilir. İndiyədək Aİ-nin mərhələlərlə Rusiyaya qarşı qəbul etdiyi sanksiyaların əhatə dairəsi kifayət qədər genişdir. Qadağalar ilk növbədə Rusiyanın iqtisadi gücünü zəiflətməklə bu ölkənin gündəlik müharibə xərclərini qarşılamaq imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. O cümlədən indiyədək Rusiyaya ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili və dəbdəbəli mallar, qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edilib.
Aİ Rusiyadan maye qaz almağa davam etsə də...
Avropa İttifaqı Rusiyadan maye qaz almağa davam etsə də, onun təkrar ixracını qadağan edib. Eyni zamanda, üçüncü ölkələrə hərbi məhsul satan Avropa şirkətləri onların Rusiyaya təkrar ixracı ilə bağlı riskləri müəyyənləşdirməli və qiymətləndirməlidir. Sanksiyalara, həmçinin Rusiya maye qazının Avropa limanlarından tranzitinə məhdudiyyətlər, rusların Ukraynadan çıxardığı mədəni və tarixi sərvətlərin satışına qadağalar, bu ölkəyə helium idxalının, həmçinin elektron komponentlərin, manqan və digər nadir elementlərin ixracının məhdudlaşdırılması daxildir. Sanksiyalar paketində Avropa İttifaqının aviakompaniyalarına rusiyalı fiziki və hüquqi şəxslərin sifarişi ilə çarter və şəxsi uçuşlar həyata keçirmək də qadağan olunur.
Sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir etmir
Avropa İttifaqı Rusiya Mərkəzi Bankının SWIFT sistemini əvəz etmək üçün hazırladığı Maliyyə Mesajlaşma Sisteminə (SPFS) də sanksiyalar tətbiq edib. Bu sanksiyaya əsasən, Rusiyadan kənarda fəaliyyət göstərən Aİ təşkilatlarının SPFS və ya oxşar maliyyə mesajlaşma xidmətlərinə qoşulması qadağan olunub. Bundan əlavə, Aİ operatorlarına Rusiyadan kənarda SPFS-dən istifadə edən bir sıra təşkilatlarla əməliyyatlar aparmağa icazə verilmir. Aİ hüdudlarından kənarda maliyyə institutları və kriptovalyuta tədarükçüləri ilə əməliyyatlar, əgər bu şirkətlər Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlı hər hansı əməliyyatlarda iştirak edirsə, bu da qadağan olunacaq.
Lakin Aİ-nin sanksiyalarına baxmayaraq, Rusiya mövqeyindən geri çəkilmir. Əksinə, son aylar döyüş bölgəsində rus qoşunlarının üstünlüyü artır. Bu, həm də o deməkdir ki, Aİ-nin sanksiyaları Rusiya iqtisadiyyatına ciddi təsir etmir. Əksinə, həmin sanksiyalar bir sıra Avropa ölkələrinə mənfi təsir göstərməkdədir. Ona görə də, 17-ci sanksiyalar paketinin qəbul olunması sual altındadır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

