ABŞ qlobal liderlikdən geri çəkilir?
18.04.2025 [08:38]
Diplomatik nümayəndəliklərin bağlanması təklifi nəyə xidmət edir?
Yaxın zamanda ABŞ-ın bir çox ölkələrdəki diplomatik nümayəndəlikləri fəaliyyətini dayandıra bilər. Belə ki, Tramp administrasiyası ABŞ-ın xarici ölkələrdəki təxminən 30 səfirlik və konsulluğunun bağlanması imkanını nəzərdən keçirir. “CNN”nin məlumatına görə, təklif olunan dəyişikliklər ABŞ-ın diplomatik xidmətində daha genişmiqyaslı islahat gözləntiləri fonunda baş verir. Tramp administrasiyası İlon Maskın rəhbərlik etdiyi İdarəetmənin Effektivliyi Departamenti (DOGE) tərəfindən təşviq olunan planlar əsasında Dövlət Departamentində ixtisarların aparılması üçün tədbirlər görmək niyyətindədir.
Dövlət katibi Marko Rubionun bu bağlanma təkliflərini nəzərdə tutan sənədi imzalayıb-imzalamadığı hələ məlum deyil. Sənəddə 10 səfirlik və 17 konsulluğun bağlanması tövsiyə olunur. Onların çoxu Avropa və Afrikada, bəziləri isə Asiya və Karib hövzəsində yerləşən ölkələrdir. Sənədə əsasən, Maltada, Lüksemburqda, Lesotoda, Konqo Respublikasında, Mərkəzi Afrika Respublikasında və Cənubi Sudanda yerləşən səfirliklərin, o cümlədən Fransada beş, Almaniyada iki, Bosniya və Herseqovinada iki, Böyük Britaniyada bir, Cənubi Afrikada bir və Cənubi Koreyada bir konsulluğun fəaliyyətinin dayandırılacağı gözlənilir. Sənəddə, həmçinin qeyd olunan ölkələrdə bağlanacaq səfirliklərin funksiyalarının qonşu ölkələrdəki diplomatik nümayəndəliklər tərəfindən yerinə yetirilməsi təklif olunur.
Bu, ABŞ-ın xarici siyasətinə necə təsir edəcək?
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Trampın addımı ABŞ-ın qlobal diplomatiyasına mənfi təsir göstərəcək. Onun sözlərinə görə, səfirliklərin və konsulluqların bağlanması ABŞ-ın digər dövlətlər, vətəndaş cəmiyyətləri və iqtisadi subyektlərlə birbaşa əlaqə qurmaq imkanlarını əhəmiyyətli dərəcədə azaldacaq. “Bu, ABŞ-ın siyasi manevr etmə qabiliyyətinin azalmasına səbəb olacaq, Vaşinqtonun regional siyasətinin təsir imkanlarını məhdudlaşdıracaq, eyni zamanda, kəşfiyyat məlumatlarının toplanmasında və potensial münaqişələr haqqında erkən xəbərdarlıqların edilməsində ciddi problemlər yaradacaq. Hətta ABŞ-ın ənənəvi yumşaq güc siyasəti öz təsirini itirəcək”. Politoloq əlavə edib ki, diplomatik missiyalar təkcə diplomatik münasibətlər deyil, həmçinin iqtisadi-ticari, elmi-texnoloji, nəqliyyat-logistika və mədəni sahələrdə də münasibətlərin qurulmasına və inkişafına cavabdehdir. “Missiyalar mədəni mübadilə, iqtisadi tərəfdaşlıq və yumşaq güc layihələrini təşviq edirlər. Missiyaların bağlanması ABŞ-ın strateji əhəmiyyətli regionlarda, habelə qeyri-sabit regionlarda yerləşən dövlətlər ilə münasibətlərini zəiflədəcək. Demək olar ki, ABŞ-ın strateji hədəflərində boşluqlar yaranacaq. Xüsusi bir məqamı da vurğulayım ki, digər güc mərkəzləri, xüsusən də Çin, Rusiya və İran Trampın bu siyasətindən istifadə edərək regionlarda bu boşluğu doldurmaq istəyəcək. Bu dəyişiklik ABŞ-ın beynəlxalq mövqeyini zəiflədə bilər”.
Büdcəyə qənaət, amma xarici siyasətdə əks-təsir
“Tramp administrasiyasının nöqteyi-nəzərindən, səfirliklərin bağlanması daha geniş qənaət və ya “Birinci Amerika” maliyyə siyasətinin bir hissəsi kimi qəbul edilə bilər. Qeyd edim ki, diplomatiya zərurət kimi deyil, bürokratik yük kimi qəbul edilir. Bununla belə, maliyyə qənaətləri qlobal təsirin azalmasının uzunmüddətli dəyəri ilə müqayisədə nisbətən təvazökarlıq kimi görünür. Amma səfirliklər hərbi bazalar və ya beynəlxalq yardım proqramları ilə müqayisədə nisbətən aşağı qiymətə malikdir, lakin onların olmaması sonradan böhranın idarə edilməsində daha yüksək xərclərə gətirib çıxara bilər”,- deyə Ə.İbrahimov bildirib.
Bayden administrasiyasına siyasi mesaj
Politoloq qeyd edib ki, Tramp administrasiyası bu kimi addımları ilə əvvəlki administrasiyadan daha effektli və səmərəli siyasət yürütdüyünü göstərir. “Bu cür qənaətləri təklif etməkdə Tramp siyasi bəyanat vermək məqsədi güdür. O, hazırki administrasiyanın Bayden administrasiyasından daha səmərəli fəaliyyət göstərdiyini qabartmağa çalışır”.
Çoxtərəfliliyin pozulması
“Tramp xidməti fəaliyyətinin ilk günlərində ABŞ-ın Paris sazişindən və Ümumdünya Səhiyyə Təşkilatının üzvlüyündən çıxması ilə bağlı qərarlar imzaladı. Eyni zamanda, öz çıxışlarında NATO və BMT-ni kəskin şəkildə tənqid etdi. Səfirlik və konsulluqların bağlanması sadəcə olaraq, bu məntiqin davamıdır,”- deyə Ə.İbrahimov vurğulayıb ki, qənaət şəraitində diplomatik nümayəndəliklərin bağlanması uzunmüddətli strateji çatışmazlıqlar riskini daşıyan qısamüddətli iqtisadi-siyasi addımıdır. “ABŞ-ın dünya üzərində təsiri zəifləyəcək, fəal diplomatiya imkanları məhdudlaşacaq və kritik bölgələrdə rəqib güclərin təsir imkanları artacaq. Nəticə etibarı ilə bu, ABŞ-ın qlobal liderlikdən geri çəkilməsinə gətirib çıxaracaq”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

