Ukrayna düyünü...
02.04.2025 [09:40]
Ər-Riyad görüşlərindən sonrakı vəziyyət nəyi göstərir?
Son iki ayda Səudiyyə Ərəbistanında baş tutmuş ABŞ-Rusiya və ABŞ-Ukrayna görüşləri Kiyev ilə Moskva arasında 3 ildən artıqdır davam edən münaqişənin sona çatması ilə bağlı ümidlər yaratmışdı. Hətta müəyyən bir fazada danşıqların atəşkəs üzərindən sülhə transfer olunması ilə bağlı da xəbərlər yayılmışdı - amma deyəsən, gözləntilər öz bəhrəsini vermir. Danışıqlarda iqtisadi motivin daha önə çəkilməsi mənafelərin uzlaşmasına mane olan faktora çevrilir. Xüsusilə, həm Ukrayna, həm də Rusiya ilə paralel olaraq nadir torpaq metalları ilə bağlı danışıqlar aparan Vaşinqton münaqişənin daha tez həll olunması üçün səy göstərir. Hazırki məqamda Tramp administrasiyasının yeganə istinad etdiyi formul məsələnin bu və ya digər şəkildə yaxın günlərdə həll olunmasına söykənir.
ABŞ iqtisadi təzyiq planı hazırlayır...
Bunu təsdiq edən ən real fakt dünənə qədər Ukraynada “prezident seçkilərinin keçirilməsinə ehtiyac” olduğunu deyən Tramp administrasiyasının Rusiyanın məlum bəyanatına münasibətidir. Putinin Zelenskini legitim saymadığı üçün onunla danışıqlar aparmayacağını bildirməsi, hətta öz fkirini “istənilən şəxslə danışıqlar aparmaq olar, lakin onun (Zelenskinin) qeyri-legitimliyi səbəbindən nəsə imzalamaq hüququ yoxdur” şəklində ifadə etməsi ABŞ-ın maraqları ilə uzlaşmır. Nəticə etibarı ilə, həm Avropa, həm də digər regionlarla bağlı açıq iqtisadi layihələri olan Vaşinqton üçün münaqişənin siyasi tərəfi böyük mahiyyət kəsb etmir. İndiki zamanda isə danışıqların bu kimi “qeyri-legitimlik” bəhanəsi ilə uzadılması işləri düyünə salır. Düzdür, Tramp da Ukraynada seçkilərin keçirilməsini zəruri sayır - amma bu prosesin atəşkəs və ya sülh müqaviləsinin imzalanmasından sonra baş verməsini istəyir. Yeri gəlmişkən, Tramp özünün rusiyalı həmkarını həm də hədələyib. O, Rusiya prezidentinin Ukrayna ilə danışıqların baş tutması üçün “Ukraynada qanuni administrasiyanın olması lazımdır” açıqlamasına “çox qəzəbli” olduğunu bildirib və bu açıqlamanın “doğru olmadığını” deyib. Tramp hətta Moskvanı yenidən sanksiya ilə qorxutmağa çalışır. Belə ki, Moskva müharibəni dayandırmayacağı təqdirdə, Rusiya neftinə “ikinci dərəcəli tariflər tətbiq edilə bilər. Tramp bildirib ki, “bu o deməkdir ki, əgər siz Rusiyadan neft alsanız, ABŞ-da bizneslə məşğul ola bilməyəcəksiniz”. ABŞ prezidenti deyib ki, atəşkəs razılaşması olmazsa, bu sanksiyalar bir ay ərzində qüvvəyə minəcək.
Yeni sanksiyalar isə göründüyü kimi, daha sərt xarakter daşıyır. ABŞ yeni mərhələdə özünün iqtisadi hegemoniyasını həm artırmaq, həm də müəyyən mənada bərpa etmək üçün cəld hərəkət etməyi düşünür. Bu mənada, Ukrayna müharibəsi Vaşinqtona mane olur. Beləliklə də Ağ Ev bütün gücünü Rusiyanı “yola gətirmək” üçün səfərbər edib.
Kreml daha optimist görünür...
Kreml isə daha sakit görünür - yaranan situasiyadan maksimum qalibiyyət əldə etmək üçün düşən şansdan istifadə edilir. Dolayısı ilə Rusiya anlayır ki, ABŞ indiki halda hər iki tərəfə təzyiq göstərməklə özünün maraqları üçün çalışır. Onsuz da masa üzərindəki tənzimləmə planı (Kelloq planı) da bunu özündə ehtiva edir. Bəlli olduğu kimi, plana əsasən atəşkəsdən boyun qaçıracaqları təqdirdə hər iki tərəfə təzyiqlər göstərilməsi nəzərdə tutulur. Bu təzyiq Ukraynaya silah - sursat verilməsinin dayandırılması və ya maddi dəstəyin tormozlanması kimi nəzərdə tutulursa da, Rusiya üçün yalnız sanksiyaların daha da genişləndirilməsini özündə ehtiva edə bilər. Vaşinqton Kremlə başqa hər hansı bir şəkildə təzyiq göstərə bilmir.
Amma bildirildiyi kimi, Kreml daha optimist təsir bağışlayır. Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ağ Ev rəhbərinin Rusiya neftinə ikinci dərəcəli sanksiyaların mümkün tətbiqi ilə bağlı son bəyanatına baxmayaraq, Moskva ilə Vaşinqton ikitərəfli münasibətləri qurmaqda davam edir. O qeyd edib ki, zərurət yaranarsa, iki prezidentin görüşünü daha da tezləşdirmək olar. “Biz, həmçinin Ukrayna nizamlanması ilə bağlı bəzi ideyaların həyata keçirilməsi üzərində işləyirik. Bu, mahiyyətin mürəkkəbliyinə görə vaxt tələb edən prosesdir. Prezident Putin prezident Trampla təmaslara açıq qalır”, - deyən Peskov əlavə edib ki, iki ölkə arasındakı münasibətlər əvvəlki administrasiya dövründə böyük ziyan görüb.
Bu arada xarici KİV-lər Trampın yaxın gələcəkdə Putinlə daha bir telefon danışığı etməyi planlaşdırdığını bildirib. Eyni zamanda, “NBC News”un məlumatına görə, Tramp vurğulayıb ki, onun Putinlə çox yaxşı münasibətləri var.
Sülh, yoxsa müəmma...
Bir sıra ekspertlər isə danışıqların yaxın gələcəkdə hər hansı bir nəticəyə bağlanmayacağı təqdirdə, sonrakı mərhələdə atəşkəsi və ya sülh danışıqlarını zəif ehtimal kimi irəli sürürlər. Bunun isə bir neçə səbəbi var:
- Hazırda Ukrayna ilə Rusiyanın şərtləri və tələbləri tam fərqli mahiyyət daşıyır;
- Trampın Putini güzəştə getməyə inandıra biləcək hər hansı bir təklifi gözə dəymir. Moskva münaqişə prosesində təşəbbüsü əlində saxladığına əmindir, ona görə də istənilən kompromis onun üçün hansısa bir “məna” daşımalıdır;
- Tramp prosesi təkbaşına idarə etməyə çalışır. Halbuki Aİ açıq şəkildə Ukraynanı sülhdən yayındırmaq üçün bütün gücünü səfərbər edib.
Atəşkəs və konstruktiv danışıqlar isə hər iki tərəfdən ciddi güzəştlər tələb edəcək. Ekspertlərin fikrincə, Ukrayna NATO-nun qapılarının onun üzünə bağlı qalacağını etiraf etməli olacaq - hətta hazırda Rusiyanın nəzarətində olan ərazilərin əhəmiyyətli hissəsinin itirilməsi ilə barışmalı olacaq. Rusiya isə Ukraynanın demilitarizasiya olunmayacağını qəbul etməlidir. Görünən isə budur ki, hələlik nə Ukrayna, nə də Rusiya bu reallığı etiraf etməyə hazır deyil. Tramp administrasiyasının isə onları buna məcbur etmək rıçaqları yoxdur...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

