Şər üçbucağı...
20.03.2025 [13:12]
Qərəzli fəaliyyət, daxili işlərə müdaxilə cəhdi, dezinformasiya...
ABŞ hökuməti radikal addımlar atır...
ABŞ-ın yeni administrasiyasının dövlət idarəçiliyini təkmilləşdirmək, büdcənin izafi xərclərdən azad etmək kursunun əhatə dairəsi kifayət qədər geniş olsa da, bu ölkəyə məxsus üç qurum barəsində verilən qərarlar bütün dünyada daha böyük rezonans doğurub. Bu sırada yer alan qurumlardan biri USAID təşkilatıdır. (ABŞ Beynəlxalq İnkişaf Agentliyi). Nə qədər qəribə görünsə də təşkilat ABŞ-ın özündə ifşa olunub. Qısa müddətdə USAID-in əməkdaşlarının sayı
10 mindən 290 nəfərə qədər azaldılıb. Eyni zamanda, qurumun baş qərargahı ləğv edilib.
Üçlüyün siyahısını “Amerikanın səsi” və “Azadlıq Radiosu” tamamlayır. Donald Tramp martın 14-də Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sənəd imzalayıb. İndiyədək bütövlükdə 49 dildə yayımlanan 5 böyük media korporasiyası, o cümlədən “Azad Avropa/Azadlıq Radiosu” və “Amerikanın Səsi” sözügedən qurum üzərindən maliyyəşdirilirdi. Dövlət başçısının imzaladığı yeni sənədə əsasən ənənəvi maliyyələşdirmə mexanizminə son verilib. Artıq “Amerikanın Səsi”nin 1300-dən çox jurnalisti, prodüseri və texniki heyəti inzibati məzuniyyətə göndərilib. “Azad Avropa/Azadlıq Radiosu” Media Korporasiyası ABŞ hökumətindən maliyyələşdirmənin dayandırılmasına dair sənədin alındığını təsdiqləyib.
Rəngli inqilab ssenarilərinin iştirakçıları
Analitik dairələrdə USAID-in, “Amerikanın səsi”nin və “Azadlıq Radiosu”nun fəaliyyətinin dayandırılması şər üçbucağının dağıdılması anlamında təqdim olunur ki, burada da həqiqət payı böyükdür. USAID-in əsası 1961-ci ildə qoyulub. Həmin vaxtdan etibarən “demokratiya”, “iqtisadi inkişafa və insan haqlarına dəstək vermək” kimi şüarlar altında pərdələnən qurum özünü dünyaya xoşməramlı bir təşkilat kimi təqdim etməyə çalışıb və buna müəyyən qədər də nail olub. Lakin USAID-in humanizmdən, xeyirxahlıq və inkişaf məqsədlərindən uzaq olduğu, ondan milli dövlətlərə qarşı “yumşaq güc” aləti qismində istifadə edildiyinin aşkarlanması üçün uzun zaman lazım gəlməyib. Dünyanın müxtəlif regionlarında, ayrı-ayrı ölkələrdə milli hökumətlərin devrilməsi ssenarilərinin arxasında USAID-in dayandığı aşkarlanıb.
USAID-in əli həmçinin bizim regiona da uzanıb. Qurum region dövlətlərinə aşağıdakı qaydada vəsaitlər ayırıb:
• Gürcüstan: 1,8 milyard dollar,
• Ermənistan: 3,3 milyard dollar,
• Ukrayna: 2022-ci ilə qədər 3 milyard dollar, 2023-cü ildə əlavə 16,6 milyard dollar,
• Moldova: 2,6 milyard dollar.
Ayrılan vəsaitlərin təyinatı müxtəlif ölkələr üçün fərqli olub. Məsələn, qonşu Gürcüstana vəsaitlərin demokratik islahatlar, məhkəmə sisteminin yenidən qurulması və enerji təhlükəsizliyi, Ermənistana əsasən humanitar yardım və vətəndaş cəmiyyətinin gücləndirilməsi, Moldovaya seçki islahatları və Avropaya inteqrasiya prosesinə dəstək üçün ayrıldığı bəyan edilib. Reallıqda isə vəsaitlər tamam fərqli, ölkələrin milli maraqlarına qarşı yönələn məqsədlərə xərclənib. Gürcüstanın və Ukraynanın timsalında bunu aydın şəkildə görmək mümkündür. Ermənistan kimi ölkələrdə isə Amerika vətəndaşlarının vəsaitləri hesabına formalaşan USAID büdcəsinin həm də korrupsiya yeminə çevrildiyi də hər kəsə bəllidir.
USAID kimi, “Amerikanın səsi” və “Azadlıq Radiosu” da ABŞ administrasiyaları tərəfindən Yaxın Şərqdə və keçmiş ittifaq məkanında yaranan milli dövlətlərə qarşı “yumşaq güc” aləti qismində istifadə olunub. Biz son 30 ildə ayrı-ayrı coğrafiyalarda rəngli inqilablar dalğasının şahidi olmuşuq. Təəssüf doğuran haldır ki, cəmiyyətlər “Azadlıq Radiosu” və “Amerikanın səsi” kimi media qurumları vasitəsilə təşviq edilən ideyalara aldanaraq milli hökumətlərin devrilməsi, onların yerində oyuncaq rejimlərin qurulması ssenarilərində özləri də bilmədən yer alıblar. Nəticə isə həm milli dövlətlər, həm də cəmiyyətlər üçün faciəvi olub.
Azərbaycanda qərəzli fəaliyyətlərə yer yoxdur
Bəhs olunan qurumlar çirkin ssenarilərini Azərbaycanda da həyata keçirməyə çalışıblar. Azərbaycanda 2012-ci ildə baş tutan “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən ilk Avropa oyunları, həmçinin 44 günlük Vətən müharibəsi günlərində, COP29 ərəfəsində beynəlxalq mediada ölkəmizə qarşı aparılan çirkin kampaniyanın da arxasında elə USAID kimi təşkilatlar dayanıb. Eyni zamanda, USAID dəfələrlə respublikamızda yaşanan qarşıdurma və gərginlik cəhdlərinin maliyyə təminatını həyata keçirib. Məlumdur ki, Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra erməniəsilli sakinlər könüllü olaraq Ermənistana köç etməyə başladılar. Bu zaman USAID dərhal proseslərə müdaxilə etməyə cəhd göstərdi. Qurumun rəhbəri Samanta Pauer Ermənistana səfər etdi, “Qarabağ hadisələrindən zərər çəkənlərə” 4,1 milyon dollardan çox əlavə humanitar yardım ayırdığını bildirdi. O zaman Pauer Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “beynəlxalq müşahidə missiyasının yaradılması” kimi bədnam təşəbbüsü də irəli sürmüşdü.
Ölkəmiz əleyhinə çirkin kampaniyalarda həmçinin “Amerikanın səsi”, “Azadıq Radiosu” kimi media qurumları da yer alırdılar. Onlar ölkəmizin müsbət reallıqlarını və uğurlarını öz auditoriyalarına bir qayda olaraq əyri güzgüdən təqdim edirdilər. Hər iki qurumun erməni lobbisinin Azərbaycan əleyhinə apardığı “qara piar” kampaniyalarında yer aldıqları dəfələrlə sübut olunub.
Diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan hər üç qurumun zərərli fəaliyyətlərini daha əvvəl ifşa edib. Məhz USAID-in sərgilədiyi qərəzli əməllərinə görə onun respublikamızda fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb. Eyni zamanda, Azərbaycan hakimiyyəti ayıq-sayıq davranaraq ümummilli ideologiyamıza zidd təbliğat aparan “Amerikanın səsi” və “Azadlıq Radiosu”na qarşı məhdudlaşdırıcı tədbirlər görüb. 2008-ci ildə xarici yayım şirkətləri Azərbaycanın yerli dalğalarından xaric edildikdən sonra “Amerikanın səsi” öz verilişlərini internetdə və peyk televiziyasında yayımlamaq məcburiyyətində qalıb. Qərəzli fəaliyyəti nəzərə alınmaqla 2014-cü ilin dekabrından “Azadlıq Radiosu”nun Bakı bürosu bağlanıb və onun verilişləri Praqadan yayımlanıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14

