Brüsseldə yarımçıq razılıq
08.03.2025 [09:46]
Aİ Ukrayna ilə bağlı yekdil qərara gələ bilmir
Müdafiə qabiliyyəti gücləndirilir - Aİ ABŞ ilə “üzülüşür”...
Formalaşan yeni qlobal nizamda yer tutmaq üçün fərqli yollara əl atan Avropa İttifaqı yenidən “başladığı yerə” qayıtmağa qərar verir. Belə ki, ABŞ ilə Rusiyanın Ukrayna kartı üzərindən yaxınlaşmasının fonunda Brüssel də varlığını hiss elətdirməyə çalışır. Bunun üçün isə Aİ “rəqiblər”in ortaq nöqtəsini özünə cəlb etmək niyyətinə düşüb. Başqa sözlə, Ukrayna danışıqlarında masada yer almaq üçün Brüssel Kiyev üzərindən təzyiq vasitələrini işə salır. Heç bir işə yaramayan Paris toplantısı, qərarsızlıqla müşayiət edilən London yığıncağının ardından Aİ bu dəfə Brüsseldə “görüş” təyin etdi. Cümə axşamı “Avropanın paytaxtı”nda keçirilən Aİ liderlərinin sammitinin nəticələri isə heç də birmənalı qarşılanmır.
Saatlarla davam edən müzakirələrdən sonra dövlət və hökumət başçılarının əsas razılığa gəldikləri ortaq nöqtə Avropa Komissiyasının sədri Ursula fon der Leyen tərəfindən bu həftə təklif edilən Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsinə dair iddialı plan oldu. Bu planın bəzi təfərrüatları hər kəsin xoşuna gəlməsə belə, Aİ məsələ üzərində işləməyi istisna etmir. Prezident Zelenski Brüsseldə isti qarşılansa da, Ukraynaya hərbi yardımın davam etdirilməsində vahid mövqe əldə edilmədi. Macarıstanın baş naziri Viktor Orban Kiyevə hərbi yardım göndərilməsinin əleyhinə çıxdı.
Fon der Leyenin 800 milyardlıq planı...
Qeyd edək ki, görüşün heç də “işgüzar müstəvidə” keçəcəyi əvvəlcədən də gözlənilmirdi. Sammitin “fövqəladə” olacağı bütün mesajlardan aydın olurdu. Fon der Leyenin “Avropa heç birimizin həyatımızda görmədiyi miqyasda açıq təhlükə ilə üz-üzədir” fikri də bunu təsdiqləyirdi. AK rəhbəri bununla həm də Ukraynaya yardım məsələsində vahid mövqe əldə edəcəyinə inam ifadə edirdi.
Toplantıdan bir gün əvvəl xalqına müraciət edən Emmanuel Makron isə toplantıya hazırlıq prosesinə “başçılıq” etdi - onun “Sülhə artıq zəmanət verilə bilməz...” və ya “Rusiya təhlükəsi Avropaya təsir edir” kimi tezislər irəli sürməsi Aİ-nin sülhdənyayınma ilə bağlı planlarının olmasından xəbər verir. Amma sammit iştirakçıları Makronun bir az da Fransanın nüvə çətirini bütün Avropanı əhatə edəcək şəkildə genişləndirmək ideyasına deyil (baxmayaraq ki, bu mövzunun pərdə arxasında müzakirə edilməsi istisna olunmur), fon der Leyenin təqdim etdiyi “Avropanı yenidən silahlandıraq” planı ətrafında cəmləşməyə qərar verdi. Ümumi dəyəri 800 milyard avro olan bu iddialı planın Ukrayna ilə bağlı məqamları da var. Belə ki, Kiyevə silah istehsalı üçün 150 milyard avro kreditin cəlb edilməsi və Aİ ölkələrinin özlərinin hərbi potensialının gücləndirilməsi məsələsi planın ana xəttini təşkil etdi. Amma maliyyə qaydalarının əsaslı şəkildə liberallaşdırılması məsələsi də var ki, üzv ölkələr Aİ büdcə intizamını pozmadan əlavə müdafiə xərclərini ödəməlidirlər. Burada isə mühüm problemlər ortaya çıxır...
Narazılıqlar var...
Məsələn, ağır iqtisadi vəziyyətdə olan bəzi Aİ ölkələri daha çox xərcləmək üçün qanuni imkana malik olmaqdan məmnun qalıblar. Amma Aİ-nin müdafiə naminə, xüsusilə geridə qalmış regionların inkişaf edirilməsi proqramı üçün pula qənaət etməyi planlaşdırması narazılıq doğurdu. Avstriya, İsveç, Hollandiya və daha az dərəcədə Danimarka Aİ-nin xərcləmə qaydalarını liberallaşdırmaq istəmir. Paralel olaraq bir qism isə müdafiə sahəsində səlahiyyətlərin əksəriyyətinin Brüsselə verilməsindən narahatdır. Bunu açıq şəkildə ifadə edən ilk şəxs isə Macarıstanın baş naziri Viktor Orban oldu. Baş nazir Avropa ölkələrinin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı ideyanı dəstəklədiklərini bildirib, amma bu səylər Brüssel bürokratlarına deyil, üzv dövlətlərin səlahiyyətinə verilməlidir.
Bir neçə saatlıq müzakirələrdən sonra Aİ liderləri Avropa Komissiyasının təklif etdiyi Avropanın müdafiə qabiliyyətinin artırılması planı ilə bağlı razılıq əldə edə biliblər. Yekun bəyanatda blok “borc davamlılığını təmin etməklə yanaşı, bütün üzv dövlətlərdə əhəmiyyətli milli müdafiə xərclərini asanlaşdırmaq üçün” yeni vəsait ayırmağa qərar verib.
Fitsonun tələbi ilə...
Bundan başqa, sammitdə vaxtilə ABŞ tərəfindən Ukraynaya verilən, indi isə prezident Trampın göstərişi ilə dondurulan hərbi və kəşfiyyat dəstəyinin analoji Avropa dəstəyi ilə əvəz edilməsi məsələsi də müzakirə predmeti olub. burada da fikirlər haçalanıb - Macarıstanın baş naziri Viktor Orban Aİ liderlərinin Ukrayna ilə bağlı yekun bəyanatını imzalamayacağını bildirib. Macarıstanın baş naziri ilə yanaşı, onun slovakiyalı həmkarı Robert Fitso da sammitdə Kiyevin bu il dayandırdığı Rusiya qazının Ukrayna ərazisindən tranzitinin bərpa edilməsinin vacibliyini qeyd edib. Avropa liderləri isə bu iddianın qarşısında “təslim olublar”: birgə bəyanatla bağlı razılaşmanın müqabilində, Fitsonun təkidi ilə, Ukraynanın Rusiya qazının nəqlini bərpa etməsi ilə bağlı tələbi dəstəkləyən yekun sənədə əlavə edilib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

