Tbilisi küçələrində Qərb tamaşası
10.12.2024 [08:54]
Gürcüstanda baş tutmayan inqilab ssenarisi
Qonşu Gürcüstanda oktyabrın 26 - da keçirilən parlament seçkilərindən sonra başlayan və Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı danışıqların 2028-ci ilə qədər dayandırılması barədə noyabrın 28-də verdiyi bəyanatdan sonra daha geniş vüsət alan etirazlar artıq səngimək üzrədir. Başda prezident Salome Zurabişvili olmaqla birləşmiş müxalifətin inqilab yolu ilə hakimiyyəti devirmək ssenarisi baş tutmayıb. Artıq permanent aksiyaların keçirildiyi Rustaveli prospektində, parlamentin binası önündə və yaxınlıqdakı digər küçələrdə nisbi sakitlik hökm sürür.
Ancaq qonşu ölkədə siyasi qarşıdurma səhifəsinin tam şəkildə bağlandığı fikrini ifadə etmək hələ tezdir. Qarşıdan yeni qayda ilə keçiriləcək prezident seçkiləri gəlir. Ehtimal olunur ki, prezident seçkilərindən sonra etirazların yeni dalğası başlaya bilər.
Qərb diplomatlarını və Gürcüstan müxalifətini birləşdirən nədir?
Elan olunan yekun nəticələrə əsasən, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası on birinci çağırış Gürcüstan parlamentində 150 mandatdan 89-nu qazanıb. MSK-nın yekun protokoluna görə, qalan 61 mandatdan 19-na “Dəyişiklik üçün Koalisiya”, 16-sına “Birlik - Milli Hərəkat”, 14-nə “Güclü Gürcüstan”, 12-nə isə “Qaxariya Gürcüstan üçün” partiyaları sahib olublar. Bununla da, qonşu və dost ölkədə seçkilər baş tutmuş hesab olunur. Artıq seçicilərin təxminən 54 faizinin dəstəyini qazanan “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası parlamentin bir neçə iclasını keçirməyə və hökuməti formalaşdırmağa nail olub.
Bununla belə, S.Zurabişvili və müxalifət partiyaları, eləcə də QHT-lər seçkilərin nəticələrini tanımadıqlarını bildirirlər. Onlar hökumətin istefasını, təkrar seçkilər keçirilməsini istəyirlər. Eyni zamanda, birləşmiş müxalifət İ.Kobaxidzenin məlum bəyanatını bəhanə gətirməklə Gürcüstan hakimiyyətini avrointeqrasiyadan yayınmaqda günahlandırır.
Lakin bunlar yalnız zahiri məqamlardır. Gürcüstan hadisələrini bir teatr tamaşasına bənzətmək mümkündür. Bu tamaşada prezident, müxalifət partiyalarının və QHT-lərin təmsilçiləri yalnız rol alan aktyorlardırlar. Hadisələri təhlil etdikdə və onların mahiyyətinə vardıqda aydın şəkildə görünür ki, dirijor, ssenari müəllifi arxa plandadır və bu, kollektiv Qərbdir. Seçkilər ərəfəsində və ondan sonra Almaniyanın, Fransanın, ABŞ-ın, Avropa İttifaqının səfirlərindən Gürcüstan hakimiyyətinin ünvanına sərt tənqidlər eşidilir. Yerli mətbuat yazır ki, Qərbdən maliyyə asılılığı olan müxalifət və prezident S.Zurabişvili tələbə və gəncləri küçələrə çıxartmaqla əslində Gürcüstan cəmiyyətini vətəndaş qarşıdurmasına sürükləyirlər.
“Müharibə partiyası” iş başında
Bütün bunların mahiyyətində Qərbin Cənubi Qafqazda öz maraqlarını təmin etmək məqsədi dayanır. Burada Rusiyanı sıxışdırmaq və öz mövcudluğunu təmin etmək istəyən kollektiv Qərb bunu region dövlətləri, o cümlədən də Gürcüstan üzərindən reallaşdırmaq istəyir. Qərb illər ərzində vətəndaş cəmiyyəti təsisatlarına böyük həcmlərdə maliyyə vəsaiti yönəltməklə Gürcüstanda özünə dayaqlar qurmağa nail olub. Həssas dönəmlərdə məhz Qərbdən maliyyə asılılığı olan müxalifət partiyalarının və QHT-lərin təmsilçiləri hakimiyyətə qarşı mübarizənin önündə olurlar. İndiki məqamda Gürcüstan cəmiyyətində “müharibə partiyası” barədə çox danışılır. “Müharibə partiyası” dedikdə Gürcüstana qonşu Rusiya ilə ikinci cəbhə açmağa çağırış edən Qərb diplomatları və onların bəyanatlarını təkrarlayan müxalifət təmsilçiləri başa düşülür.
Gürcüstan 2008-ci ilin yayında Rusiya ilə müharibəyə cəlb olundu. Yenə də katalizator qismində Qərb çıxış edirdi. Qısamüddətli döyüşlərdə ərazi itkilərinə məruz qalan Gürcüstan müharibənin acılarını hələ də unutmayıb. “Müharibə partiyası” yenidən fəallaşıb və iş başındadır. Ancaq Gürcüstan iqtidarı və cəmiyyəti anlayır ki, Rusiya ilə ikinci müharibəyə başlamaq yolverilməzdir. Çox doğru olaraq vurğulanır ki, Gürcüstanın müharibəyə təhrik olunması ölkənin məhvinə səbəb olacaq.
İqtidarın və müxalifətin Trampdan gözləntiləri
Bu arada Gürcüstan iqtidarının və müxalifətinin ABŞ-nin yeni seçilmiş prezidenti D.Trampdan gözləntiləri də diqqətdən yayınmır. Prezident S.Zurabişvilinin dekabrın 7-də hökumətlə razılaşdırılmadan (Gürcüstan Konstitusiyasına əsasən prezidentin xarici ölkələrə səfərləri və bir sıra görüşləri hökumətlə razılaşdırılaraq həyata keçirilməlidir. Lakin S.Zurabişvili dəfələrlə hökumətlə razılaşmadan xarici ölkələrə səfər edib) Fransaya səfər etməsi, Ukrayna, Fransa və ABŞ prezidentləri ilə görüşləri birmənalı qarşılanmır. Xüsusilə də S.Zurabişvilinin Trampla görüşü (əgər buna görüş demək mümkündürsə - red.) diqqət çəkir. KİV-in yazdığına görə, Zurabişvilinin Parisə qanunsuz səfərinin əsas məqsədi Trampla görüşüb ondan güclü dəstək almaq idi. Bəli, görüş baş tutub. Ancaq yayılan videokadrlar müxalifət cəbhəsi üçün heç bir ümid oyatmır, əksinə, dərin məyusluq yaradır. Belə ki, xanım prezidentin canfəşanlıqla əl uzatması fonunda D.Trampın etinasızlığı kəskin təzad yaradır.
Hakimiyyət isə Ağ Evin yeni sahibi ilə əməkdaşlığa ümid bəslədiyini bildirib. “Biz ABŞ-nin yeni prezidentinin andiçmə mərsimini gözləyirik. Ümid edirik ki, 20 yanvardan sonra dünyada əhəmiyyətli dəyişikliklər baş verəcək, bizim regionumuzda da sabitlik yaranacaq və bu, ölkəmizə də öz müsbət təsirini göstərəcək”, - deyə Baş nazir İ.Kobaxidze vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

