Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dərsə gəlməyən “şura”çılar...

Dərsə gəlməyən “şura”çılar...

03.09.2013 [09:13]

Pərviz Sadayoğlu

Deməli, bu “kəlləmayallaq şura”da bütün işlər elə kəlləmayallaq gedirmiş. Buradan maaş alan insanlar heç iclaslara filan gəlmirmiş. Hətta deyilənə görə, İsa Qəmbərlə Əli Kərimli yalandan ad yazdırıb onların maaşlarını alıb cibinə qoyurmuş. Həmin adını yazdırdıqları adamlara isə deyirmişlər ki, bəs, sizin müxalifətçilik “stajınız” artır. Sabah bir QHT-dən filandan yaradıb 3-5 manat “çak-çuk” etməyə indidən “staj” yığmaq lazımdır axı. 
İclaslarda isə vəziyyət bir başqa müsibət olurmuş. İclasa kim rəhbərlik edirsə, jurnalı qabağına qoyub başlayır davamiyyəti yoxlamağa. Başdan başlayır oxumağa:
-İbrahimbəyov Rüstəm...
Yerdən hay-küy qopur. Biri deyir “müəllim, onun qarnı ağrıyır, gələ bilmir”, o birisi qayıdır ki, “xəstəlik kağızı düzəldib özünə”... Aləm qarışır. Elə bu dəmdə İsa Qəmbər aparıcının sağ qulağına İbrahimbəyovun “dyadya”sının kimliyini pıçıldayır. İclasın başçısı özünü itirir və “buna bir quş” deyib “dalşe” oxumağa davam edir.
-Quliyev Rəsul...
Yenə hay-küy qopur. Biri deyir “kursa gedib”, o birisi qayıdır ki, “o ötən ildən sinifdə qalıb, onu bizim sinifdən çıxarın”... Birtəhər aranı sakitləşdirib ona da bir “qayıb” yazırlar...
Hələ ən komediyası iclası ya AXCP, ya da Müsavat Partiyasından kimsə aparanda olur. Deməli, Əli Kərimli jurnalı əlinə alıb yoxlamaya başlayan kimi birinci “Müsavat”çılara “qayıb” yazmağa başlayır. Zarafat deyil, hər “qayıb” partiya sədrinə 10 dollara yaxın ziyan vurur. İsa Qəmbər isə az qalır iclasdakıları da siyahıya salmasın... Öz cibinə xeyirdi axı...
Bu insanlar özlərini guya “böyük idealların” daşıyıcıları hesab edirlər. Amma hələ də normal bir siyasi təfəkkürə malik ola bilmirlər. Yaratdıqları ala-sınıq bir qurumun iclasına belə gəlmirlər. Bu nə deməkdir? Bu, o deməkdir ki, həmin insanlar ümumiyyətlə, bu qondarma qurumun perspektivinə inanmırlar. Sadəcə, hər dəfə bir “qurumda” işə girirdilər, indi də “pullu şura”da ştatdankənar fəaliyyət göstərirlər.
Radikal müxalifətin siyasətə münasibətini “Milli şura” oyunu tam şəkildə işıqlandırır. Bunların düşüncəsində, siyasət bir otağa yığılıb illərdir ki, əzbərlədikləri sözləri təkrar etmək, xaricdən 5-10 manat gələndə özlərini küçələrə sürtməkdir. Necə ki, uşaqlar həyətdə virtual “dava-dava” oynayırlarsa, bunlar da elə o cürə siyasətlə məşğul olurlar.
Davamiyyət yoxlamaqla, “qayıb” yazıb məzəmmət etməklə, küsüb-inciməklə, dalca danışmaqla və bu kimi işlərlə siyasətlə məşğul olmaq olmaz. Belə fəaliyyətin adı qeybətdən o yana keçmir.
Deyəsən, amma bu “qayıb”ların bir xeyri olub. Məsələn, “dərsin” çoxunu buraxan Rəsul Quliyevə artıq “qırmızı işıq” yanıb. “Uje” onu tapşırtdıranların da sözü keçmir. Bəs necə, budəfəki pul dollar deyil axı, rubldur. Daha, Rəsul Quliyevin şəddəsi işləmir. Budey, çox uzağa getməyək, “dərsə” “skayp”la qoşulan Rüstəm İbrahimbəyov arxasını ermənipərəstlərə nə təhər söykəyibsə, hələ 2-3 dəfə şuradakılarla açıq məzələnməsinə baxmayaraq, onu oradan “udalit” edə bilmirlər.
Amma İsa Qəmbərlə, Əli Kərimli işin çəmini tapıb. Rüstəm İbrahimbəyovla Eldar Namazovun “kruqu”nun adını heç jurnala salmırlar. “Zamenşik” Cəmil Həsənlinin imzatoplama kampaniyasının pullarını da dədə malı kimi iki yerə bölüb hamısını o prosesdən uzaqlaşdırıblar. Nəylərinə lazımdır ki, Cəmil Həsənliyə imza toplanacaq ya yox, onu tanıyan varmı, yoxmu. Bu insanları məsələnin nəticəsi maraqlandırmır. Bunları maraqlandıran təkcə kampaniyadır. Əsas kampaniya olsun yeyib-içsinlər, kef eləsinlər. Çünki bunların “kampaniya” anlayışı da kabab şişindən uzaqlara gedib çıxa bilmir.
Hələ seçkiyə filan qədər var, bunların umu-küsüsü dünyanı başına götürüb. Hər yerindən duran iclas tələb edir. Dərd orasıdır ki, iclasda səsə qoymağa da bir şey tapa bilmirlər.
...Hə, bugünkü dərsə kim hazırdır. Yenə zala su ələnir. Aparıcı qışqırır: Sizə nə qədər demək olar ki, son dərsimiz qonşuya pul təklif edib mitinqə gətirmək, sonra isə aldadıb pulunu verməməkdir. Bu haqda geniş məruzə ediləcək...
P.S. Bu “qayıb” məsələsi adamın yadına “Bəxtiyar” filmindəki məşhur səhnəni salır. Ağabala oxumağa adam tapmayanda hirslənib deyir ki, “dedim qohumsunuz, yığdım başıma, pislik etmədim ki”... Ay şura üzvləri bu sədrlər də yazıqdırlar axı, şəkil çəkilib “doklad” edilməlidir. Dərsə gəlin də...

Paylaş:
Baxılıb: 1133 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30