Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Cıdır düzündə Azərbaycan ruhu...

Cıdır düzündə Azərbaycan ruhu...

20.05.2021 [09:28]

Pərviz Sadayoğlu

Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı bir çox məqamları ilə həm diqqətdə qaldı, həm də tarixə düşdü. 29 ildən sonra Cıdır düzündə oxunan “Bayatı-Şiraz” və “Qarabağ şikəstəsi”ndən tutmuş, “Koroğlu cəngisi”nə kimi hər şey Azərbaycan ruhundan xəbər verirdi. Cənab Prezidentimiz də festivaldakı çıxışında bu məqamı vurğuladı: “Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu”.
Bu, olduqca mühüm məqam idi. Tarixi saxtalaşdırmağa çalışan ermənilər ötən il Şuşada sərxoşluq məclisi qurub, hətta Azərbaycanın “Yallı”sını belə təqlid etməyə çalışırdılar. Elə bildilər ki, Azərbaycanın torpağında Azərbaycan rəqsini oynamağa cəhd etməklə Şuşanı özününküləşdirə biləcəklər. Bilmədilər. Heç mümkün də deyildi.
“Yallı” bizim zəfər müsiqimizdir, bizim birlik, həmrəylik təcəssümümüzdür. Həmin gün ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinin Cıdır düzündə qol-qola oynadığı qələbə rəqsi multikultural Azərbaycanın canlı tablosu idi. Bu tablo əsrlərin, minilliklərin tarixini özündə yaşadır, qoruyur...
Bir daha vurğulayım ki, “Xarıbülbül” festivalının hər anı, hər saniyəsi, festivalöncəsi, festivalsonrası yaşananlar belə canlı tarix idi, düşmənə dərs idi. İncəsənət xadimlərimizin sevinci, hayqırtısı, “QARABAĞ AZƏRBAYCANDIR!” sədasının həm dost, həm də düşmən tərəfindən eşidilməsi, festivalsonrası təəssüratlar reaksiyalar... Hər şey möhtəşəm idi. İnanıram ki, televiziya ekranlarında, sosial şəbəkələrdə bu kadrları izləyən hər bir azərbaycanlının köksü qabardı və hər birimiz bir daha möhtəşəm qələbəmizə görə iftixar hissi keçirdik. Bu günləri yaşamaq üçün 30 ilə yaxın gözləməli olmuşduq.
P.S. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev festivalın açılışındakı nitqində bildirdi ki, “Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi”. Bəli, Azərbaycan xalqının milli ruhu Qələbənin təminatçısına çevrildi. Əlbəyaxa döyüşlə Şuşanı düşməndən azad edən Azərbaycanın qəhrəman oğulları son damla qanlarına qədər torpağı uğrunda döyüşməklə bir daha xalqımızın mübarizə əzmini nümayiş etdirdi.

Paylaş:
Baxılıb: 621 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30