Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimlinin tükənməz erməni sevgisi

Əli Kərimlinin tükənməz erməni sevgisi

25.05.2021 [08:49]

Pərviz Sadayoğlu

44 günlük Vətən müharibəsi dövründə xalqının, dövlətinin yanında yer almayan, siyasi həmrəyliyə qoşulmayan radikal müxalifət yenə də öz ampluasındadır. Postmüharibə dövründə belə erməni maraqlarının qorunmasına yönəlik fəaliyyət həyata keçirən, hətta işğaldan azad edilmiş regionlarımızda aparılan abadlıq-quruculuq işlərini hədəfə almağa cəhd göstərən dağıdıcı ünsürlər indi bir az da irəliyə gedərək Ermənistandakı hazırkı hakimiyyəti açıq-aşkar müdafiə və təbliğ etməkdən belə çəkinmirlər. AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdəki son paylaşımları da bunu deməyə əsas verir. Belə ki, o, rəzil, qeyri-demokratik, ictimai-siyasi fəallara qarşı repressiyaların kütləvi hal aldığı bir ölkəni “demokratik” adlandırır. Əlbəttə, AXCP sədrinin bu antimilli mövqeyinin arxasında onun təlimatlar aldığı xarici ermənipərəst dairələrin dayandığı şübhəsizdir. Görünən budur ki, həmin dairələr Ə.Kərimlini bu yolla Paşinyanın “təbliğatçı”sı olmağa “görəvləndirib”.
Qeyd etmək lazımdır ki, sosial şəbəkədə paylaşdığı statusla ciddi-cəhdlə Paşinyan və onun rejimini müdafiə etmək üçün dəridən-qabıqdan çıxdığını nümayiş etdirən Ə.Kərimli düşmən ölkədə “azad mətbuat”ın olduğunu iddia edir, müxalifətə qarşı heç bir repressiv addımların atılmadığını yazır və ən əsası, “küçələrdə hər gün mitinqlərin olması”nı demokratiyanın göstəricisi kimi cəmiyyətə sırımağa çalışır. Birincisi, düşmən ölkənin mətbuatını “azad” sayan, müxalifətə qarşı hər hansı təzyiqlərin olmadığını iddia edən Ə.Kərimli faktiki olaraq yalan danışır. Bunu sübut etmək üçün “Amerika kəşf etməyə” dəyməz, sadəcə erməni KİV-lərinə nəzər salmaq kifayətdir. “Mətbuatın azadlığı”na gəldikdə isə, bu da Ə.Kərimlinin şəxsi fərziyyələrindən uzağa getməyən bir iddiadır.
Digər tərəfdən, Ə.Kərimli Ermənistanda “Paşinyanın maşınının qabağının kəsilməsi”ndən elə həsrətlə danışır ki, 1992-ci ilin xiffətini çəkdiyini açıq şəkildə büruzə verir. Bir sözlə, özünü “siyasətçi” hesab edən birisinin xaosu, özbaşınalığı, qarşıdurmaları “demokratiya” kimi qavraması və bu şəkildə təbliğ etməsi onun hansı təfəkkürə malik olduğunu açıq şəkildə ortaya qoyur. Hiss olunur ki, 1992-ci ildə Azərbaycanda yaratdıqları qarşıdurmaların və özbaşınalıqların həsrətini çəkən Əli Kərimli indi də o cür anarxiyanın arzusundadır. O anlamır ki, bunun adı demokratiya yox, xaosdur. Xaos isə yalnız məğlubiyyətə və çöküşə aparır. Necə ki, zamanında AXC-“Müsavat” hakimiyyətinin yaratdığı xaos ölkəmizi böhrana, tənəzzülə, məğlubiyyətə sürükləmişdi...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 607 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30