Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Boşanmaların azalması üçün...

Boşanmaların azalması üçün...

25.04.2024 [12:12]

Son zamanlar ölkə üzrə boşanmaların statistikası artıq dərəcədə yüksəlib.

Dövlət Statistika Komitəsinin məlumatına görə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin ilk ayında 3657 nikah və 1729 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,2-yə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artıb.

Ailənin saxlanmasında da əsas ağırlıq qadının üzərinə düşdüyündən boşanmaların əksər hallarda təşəbbüskarının məhz qadınlar olduğu düşünülür. Qeyd edək ki, uzun illər  ölkədə müəyyən maarifləndirmə işləri həyata keçirilməsinə baxmayaraq şahidi olduğumuz kimi bunun bir nəticəsi olmayıb.

Bəs boşanmaların artmasının  əsas səbəbləri nədir?

Hüquqşünas Ramil Süleymanov "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, ölkəmizdə il ərzində baş tutmuş nigahların  45-50 faizə qədəri boşanma ilə nəticələnir: "İnsanlar nigahın pozulması ilə bağlı müraciət edəndə xarakterlərin uyğun gəlməməsini səbəb olaraq göstərir. Lakin bu, tamamilə yanlışdır. Məhkəmə zalında daha çox boşanmaların səbəbi, bir - birini xəyanətdə ittiham etməsi, sosial problemlərin həll edə bilməməsi və tərəflərin bir - birini pis vərdişlərdə  günahlandırmasıdır".

Hüquqşünas boşanmaların qarşısını almaq üçün  maarifləndirmə işlərinin aparılmasını labüd sayır: "Müəyyən təşkilatlar xüsusi layihələr həyata keçirməlidir ki, boşanmaların qarşısı qismən də olsa alınsın. Eyni zamanda qeyd etmək istəyərəm ki, ölkəmizdə boşanma prosesi sadə bir prosesdir. Bununla bağlı Mediasiya institutu ciddi  tədbirlər görülməlidir ".

R. Süleymanov son olaraq qeyd edir ki, tərəflər ailə qurmazdan öncə, bir birini tanıdıqları müddətdə səmimi davranmalı və bütün xasiyyətləri dərindən öyrənməlidirlər.

Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31