YAP Nəsimi rayon təşkilatı ərazidə yaşayan ahılları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının qərargahında rayon ərazisində yaşayan imkansız, köməyə ehtiyacı olan ahıllarla görüş keçirilib. Tədbiri açan YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qonaqları salamlayıb, görüşün müqəddəs Qurban bayramı ərəfəsində keçirildiyini vurğulayıb. M.İbrahimqızı deyib ki, YAP Nəsimi rayon təşkilatı belə bayramlarda, tarixi günlərdə imkansız, ehtiyacı olan ailələrlə maraqlanır, onlarla görüşlər keçirir və problemlərinin həllinə çalışır. Bu tədbir də məhz bu qəbildəndir. Sədr 30 nəfər imkansız ahıla YAP Nəsimi rayon təşkilatı tərəfindən hazırlanmış bayram sovqatlarını təqdim edib.
Tədbirdə çıxış edən ahıllar göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.