Teleməkanda Qərbi Azərbaycan havası

Teleməkanda Qərbi Azərbaycan havası

Təbrizdə, İrəvanda, Qərbi Zəngəzurda hava necə olacaq? 

44 günlük Vətən müharibəsində əldə olunan zəfər Azərbaycan üçün yeni reallıqlar formalaşdırıb. Bu reallıqlardan biri kimi teleməkanımızda tarixi torpaqlarımızın öz adları ilə təqdim olunması ənənəsi formalaşıb.

yeniazerbaycan.com xəbər verir ki, son dövrlərdə bir sıra televiziya kanallarında (ARB, ATV) maraqlı bir hal diqqəti cəlb edib.

Belə ki, XX əsrin üçüncü onilliyi ərəfəsində SSRİ hökuməti tərəfindən Ermənistana verilən torpaqlarımızın hava şəraiti barədə məlumatlar həmin regionların tarixi adları ilə ilk dəfə teleməkanda təqdim olunub. Qeyd edək ki, xəbərdə Təbriz, Urmiya, İrəvan, Göyçə və Zəngəzur mahallarının hava haqqında proqnozu verilib. Bu da cəmiyyətdə böyük maraqla qarşılanıb və yüz il öncəki tariximizin gənclər arasında təbliğatında mühüm rol oynayıb.

Günel