Sergey Lavrov: Rusiya “3+3” formatını təşviq edəcək

Sergey Lavrov: Rusiya “3+3” formatını təşviq edəcək

Rusiya “3+3” regional formatının davamı istiqamətində işləri davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

Rusiya Federasiyasının xarici siyasət idarəsinin rəhbəri deyib: “Bu regionda quruculuq istiqamətində konstruktiv fəaliyyətin üstünlük təşkil etməsi üçün biz Cənubi Qafqazın üç ölkəsi və böyük qonşular olan üç dövlətin iştirak etdiyi “3+3” formatını təşviq edirik. Hədəfə ilk yaxın olan kontakt alınıb. Davam etdirəcəyik”.