İndoneziyanın Qərbi Yava əyalətində güclü yağışlar nəticəsində su basmış qızıl mədənində təxminən 29 şaxtaçı yerin altında qalıb.
AZƏRTAC xəbər verir ki, şaxtaçılar bazar ertəsindən etibarən yerin 100 metr dərinliyində yerləşən mədəndə köməksiz vəziyyətdədirlər.
Mədənin girişinin dar olması, qaranlıq və suyun səviyyəsinin yüksəlməsi xilasedicilərin işini çətinləşdirir.
Hadisə paytaxt Cakartadan 60 kilometr cənubda, Boqor bölgəsinin Ponqkor ərazisində yerləşən qanunsuz qızıl mədənində baş verib. Hazırda
şaxtaçıların xilas edilməsi istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, İndoneziyada qanunsuz və kiçikmiqyaslı mədənçilik fəaliyyəti tez-tez qəzalara səbəb olur.