Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri genişlənir

ATƏT-in Parlament Assambleyasında fəaliyyət göstərən Avropa Xalq Partiyası qrupunun 30 iyun - 2 iyul tarixində Litvanın paytaxtı Vilnüs şəhərində növbəti toplantısı keçiriləcək. Həmin tədbirə qrupa üzv qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası dəvət alıb.
Qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası bundan əvvəl, aprel ayında Polşanın paxtaxtı Varşavada keçirilən Avropa Xalq Partiyasının Seçki Konqresinə dəvət alıb və partiyanın nümayəndə heyəti sözügedən tədbirdə iştirak edib.