İki gün öncə Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycanın müstəqillik tarixinə şanlı səhifə kimi yazılmış 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Milli parkda bayram konserti və atəşfəşanlıq təşkil edib. Bir neçə saat davam edən konsertdə minlərlə paytaxt sakini və şəhərimizin qonaqları tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləyiblər.
Milli parka toplaşanlar, məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gözəlləşən, son vaxtlar isə yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını seyr ediblər.