Qara dənizdə, Bolqarıstan sahillərindən 21 dəniz mili məsafədə, Kaliakra burnu yaxınlığında konteyner gəmisinə üç dəniz dronu ilə hücum edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov məlumat verib. Bildirilib ki, hücumdan sonra gəmidə yanğın baş verib və sağ tərəfinə ciddi ziyan dəyib.
Hadisə Bolqarıstan, Rumıniya və Türkiyənin müdafiə nazirlərinin Qara dəniz regionunda təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Sofiyada görüşdüyü vaxt baş verib.