Ermənistanın müdafiə naziri dəyişib

Ermənistanın müdafiə naziri dəyişib

Ermənistan prezidenti Armen Sarkisyan baş nazirin təklifi ilə Arşak Karapetyanın respublikanın müdafiə naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

yeniazerbaycan.com Ermənistanın "Panorama.am" saytına istinadən yaydığı xəbərə görə, hökumət başçısının təklifi ilə imzalanmış digər fərmanla prezident həmin gün baş nazirin müavini vəzifəsindən azad edilmiş Suren Papikyanı müdafiə naziri təyin edib.