MEDİA-nın çap mediasına dəstək müsabiqəsinin nəticələri açıqlanıb

Çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.

MEDİA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi çap mediası subyektlərinin inkişafına dəstək vermək, onların iqtisadi müstəqilliyini gücləndirmək, fəaliyyətini təkmilləşdirmək, həmçinin dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşviq etmək olub.