“Cygnus XL” 5 ton yüklə Beynəlxalq Kosmik Stansiyaya yola düşüb

“Cygnus XL” 5 ton yüklə Beynəlxalq Kosmik Stansiyaya yola düşüb

“Northrop Grumman” şirkətinin “Cygnus XL” yük kosmik gəmisi bazar günü Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) məlumat yayıb.

“SpaceX” şirkətinin “Falcon 9” raketindən istifadə edərək həyata keçirilən buraxılış Florida ştatında Şərq vaxtı ilə saat 10:47-də baş tutub.

Yük gəmisinin Beynəlxalq Kosmik Stansiyaya dekabrın 1-də çatması planlaşdırılır.

“Cygnus XL” stansiyaya təxminən 5 ton yük, o cümlədən qida, eləcə də elmi tədqiqat üçün avadanlıq və materiallar aparır.