Biləsuvarda minik avtomobili ilə moped toqquşub, iki nəfər xəsarət alıb

Biləsuvarda minik avtomobili ilə moped toqquşub, iki nəfər xəsarət alıb

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon mərkəzinə yaxın ərazidə qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İbrahim Abdullazadənin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə 1995-ci il təvəllüdlü Rəhimli Rahil Adil oğlunun idarə etdiyi moped toqquşub.

Qəza nəticəsində mopedin sürücüsü Rahil Rəhimli və onun sərnişini – həmyaşıdı Abdallı Fərid Füzuli oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara tibbi yardım göstərilib və vəziyyətləri nəzarətə götürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.