Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, dünən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Türkmənistan Prezidenti dövlətimizin başçısını və Azərbaycan xalqını müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. Prezident İlham Əliyev minnətdarlığını bildirib, Türkmənistan dövlətinin başçısına və Türkmənistan xalqına bu münasibətlə təbriklərini çatdırıb.
Prezidentlər ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Dövlət başçıları ölkələrimiz arasında münasibətlərin bundan sonra da möhkəmlənməsi üçün geniş potensialın mövcud olduğunu vurğulayıblar.