Ukraynanın NATO-ya daxil olmasının əsas şərti açıqlandı

Ukraynanın NATO-ya daxil olmasının əsas şərti açıqlandı

Ukrayna yalnız münaqişə bitdikdən sonra NATO-ya üzv ola biləcək. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinq zamanı danışıb.

“Nəhayət, bu proses (Ukraynanın NATO-ya daxil olması) bu münaqişə bitdikdən sonra irəliləyəcək”, - deyə o bildirib.

Onun sözlərinə görə, NATO Ukrayna ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Şimali Atlantika Alyansındakı daimi nümayəndəsi Julianne Smith də bəyan edib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə hərbi münaqişə bitdikdən sonra mümkündür.

Havar Şəfiyeva