Tramp: ABŞ-a idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq ediləcək

Tramp: ABŞ-a idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq ediləcək

ABŞ bütün idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq etməyi planlaşdırır.

AZƏRTAC-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Düşünürəm ki, bizim avtomobil sənayemiz əvvəllər olmadığı kimi çiçəklənəcək”, - deyə o qeyd edib.

Tariflərin Meksika və Kanada təchizat zəncirindən asılı olan sektoru hədəf alacağı proqnazlaşdırlır və avtomobil qiymətlərini artıra biləcəyi ehtimal edilir.

Tariflər aprelin 2-dən qüvvəyə minəcək və ABŞ-a idxal edilən hazır avtomobil və yük maşınlarına, o cümlədən detalları xaricdə yığılan Amerika markalarına şamil ediləcək.