Sankt-Peterburqda Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi arasında görüş keçirilir

Sankt-Peterburqda Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi arasında görüş keçirilir

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkof arasında görüş Sankt-Peterburqda keçirilir.

AZƏRTAC xəbər verir ki, danışıqlar Sankt-Peterburqdakı Prezident Kitabxanasında aparılır.

Rusiya dövlət rəhbərinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu, Putinin Uitkofla artıq üçüncü görüşüdür. Bundan əvvəlki iki görüş Moskvada keçirilib. Danışıqlar bağlı qapılar arxasında keçirilir.