Ərdoğan NATO-nun Ukraynanı alyansa qəbul etmək istəmədiyini etiraf edib

Ərdoğan NATO-nun Ukraynanı alyansa qəbul etmək istəmədiyini etiraf edib

ABŞ və bir sıra digər NATO üzvləri Ukraynanı Şimali Atlantika Alyansına qəbul etmək istəmir. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "NBC News" -ə eksklüziv müsahibəsində danışıb.

“Bir sıra NATO ölkələri Ukraynanın alyansa üzv olmasını istəmir. Biz gördüyümüz reallıqlara əsaslanaraq qərar verməliyik” - deyə Türkiyə lideri bildirib.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanın dərhal NATO-ya qəbul edilməsini tələb edib.


Havar Şəfiyeva