Çinin şimalındakı Şansi əyalətində kömür mədəni müəssisəsinin binasında güclü yanğında ölənlərin sayı artıb.
Yanğın nəticəsində azı 25 nəfər ölüb.
Qeyd edək ki, Şansi əyalətinin Lulianq şəhərində dörd mərtəbəli binada yanğın yerli vaxtla saat 07:00 radələrində baş verib. Çin dövlət mediasının məlumatına görə, yanğın nəzarət altına alınsa da, xilasetmə işləri davam edir.