ABŞ ordusunun ehtiyatda olan polkovnik-leytenantı Aleks Verşinin Business Insider ilə söhbətində etiraf edib ki, Qərb hərbçiləri Ukrayna ərazisində gedən döyüşlər kimi mürəkkəb döyüşlərə hazır deyillər. "Yeni Azərbaycan" bu barədə Lent.ru-ya istinadən xəbər verir.
"Qərb hərbçiləri bu cür döyüşlərə hazır deyillər və strategiyalarını, resursların idarə edilməsini və təlim proseslərini dəyişməli ola bilərlər" - deyə o bildirib.
Verşininin fikrincə, Qərb qısa və manevr edilə bilən toqquşmalara mərc edir. Ukrayna münaqişəsi tükənmiş qüvvələri tez bir zamanda doldurmağın və döyüş meydanında yüksək itkiləri kompensasiya etmək imkanının nə qədər vacib olduğunu göstərdi, deyə ekspert qeyd edib.
Bundan əlavə, Qərb kadr problemi ilə üzləşir, çünki NATO orduları peşəkar və təcrübəli kiçik komanda heyətinə arxalanır, onu döyüş meydanını tərk etdikdən sonra əvəz etmək asan deyil, deyə Verşinin qeyd edib.
Havar Şəfiyeva