Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İlham Əliyev: Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir

İlham Əliyev: Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir

25.09.2023 [17:05]

Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, - Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla, - beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

“İyirmi dörd saat ərzində, ondan da az həyata keçirilən antiterror tədbirləri nəticəsində Ermənistan ordusu - Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir”, - deyə dövlətimizin başçısı bildirib.

Paylaş:
Baxılıb: 553 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Növbə kimindir?

06 İyun 10:35

Analitik

1 gün qaldı...

06 İyun 10:12

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

06 İyun 08:32  

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30