Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Biz əminik ki, bu məsələnin arxasında erməni lobbisi dayanır

Siyavuş Novruzov: Biz əminik ki, bu məsələnin arxasında erməni lobbisi dayanır

18.12.2015 [10:20]

“ABŞ konqresmenlərinin Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə dair qanun layihəsinin müzakirəyə çıxarılması təşəbbüsünü oradakı erməni lobbisinin növbəti anti-Azərbaycan kampaniyası kimi qiymətləndirmək olar”. Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov “Milli.Az”a açıqlamasında ABŞ Konqresində Azərbaycanda bəzi şəxslərə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılacağı ilə bağlı xəbəri şərh edərkən deyib.
S.Novruzov qeyd edib ki, bu məsələ dekabrın 18-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq: “Bu məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. Biz əminik ki, bu məsələnin arxasında erməni lobbisi dayanır. Belə bir qanun layihəsinin qəbul edilməsi Azərbaycanla ABŞ arasında münasibətləri pisləşdirəcək və iki ölkə arasında strateji əməkdaşlığa xələl gətirəcək”.

Paylaş:
Baxılıb: 739 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30