“Polis haqqında” qanuna dəyişiklik zərurətdən yaranıb
09.12.2015 [10:08]
Bu dəyişiklik, polisin terrorçuluğa və dini ekstremizmə qarşı mübarizəsinin güclənməsində xüsusi əhəmiyyət kəsb edir
Məlum olduğu kimi, Milli Məclisin dekabrın 4-də keçirilən iclasında bir sıra qanunlara, o cümlədən “Polis haqqında” qanuna dəyişikliklər edilib. Dəyişikliklərin əsas mahiyyəti terrorçuluğa və dini ekstremizmə qarşı mübarizəni daha da gücləndirməkdir. Müasir dövrdə baş verən mürəkkəb hadisələr, ayrı-ayrı ölkələrdə terror hadisələrinin artması, dini ekstremizmin güclənməsi müşahidə edilməkdədir. Bu hallar bütövlükdə bəşəriyyət, eyni zamanda, milli dövlətlər üçün böyük təhdiddir. Müəyyən beynəlxalq güclər öz məqsədləri naminə bu cür təhlükələrin daha da geniş yayılmasına maraqlıdırlar. Ona görə də hər bir milli dövlət belə təhdidlərdən özünü maksimum qorumaq üçün müvafiq addımlar atır, o cümlədən qanunvericiliyi daha da təkmilləşdirir.
Azərbaycan da hüquqi dövlət olaraq qanunçuluğun gücləndirilməsi, təhlükəsizliyin təmin olunması üçün ardıcıl şəkildə müvafiq adımlar atır. “Polis haqqında” qanuna dəyişikliklərin edilməsi də bu məqsədə xidmət edir. Xatırladaq ki, sözügedən qanunun 26-cı maddəsinə (Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) 5.1 əlavəsi (terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda) edilib. Yəni bu o deməkdir ki, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqinə icazə verilir.
Qeyd edək ki, Prezident İlham Əliyev “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 30-VQD nömrəli qanununun tətbiqi haqqında Sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və Prezident aktlarının “Polis haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək, həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Onu da bildirək ki, Milli Məclisdə həmçinin Cinayət Məcəlləsinə də əlavələr edilib. Əlavəyə əsasən, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan vətəndaşı tərəfindən aparılmasına görə min manatdan beş min manata qədər cərimə və ya bir ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılarsa, həmin şəxslər bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar. Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin şəxslər iki ildən beş ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.
Ümumiyyətlə, qanunvericiliyə edilən bu dəyişikliklər hüquq-mühafizə orqanlarının, o cümlədən polisin təhlükəsizliyimizin təmin olunmasında rolunu artırır. Qeyd edək ki, Azərbaycanın suverenliyinin, təhlükəsizliyinin, ictimai asayişin qorunmasında və təmin olunmasında polis orqanlarının müstəsna rolu var. Təbii ki, “Polis haqqında” qanuna edilən dəyişiklik polisin terror və dini ekstremizmə qarşı mübarizəsinin güclənməsində xüsusi əhəmiyyət kəsb edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

