Yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır
27.08.2014 [09:24]
Avqustun 26-da Qax və Zaqatala məktəblilərindən ibarət qruplar “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Qusar rayonunun görməli yerləri ilə yaxından tanış olublar.
AzərTAc xəbər verir ki, məktəblilərin Qusara səfəri şəhərin girəcəyində, ən yüksək yerdə inşa olunan Dövlət Bayrağı Meydanından başlayıb. Dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən meydanda 65 metr hündürlüyündə dirəkdə Azərbaycan bayrağı dalğalanır.
Məktəblilər yüksəklikdən Qusar şəhərinin panoramına tamaşa ediblər və xatirə şəkilləri çəkdiriblər.
Zaqatala məktəblilərindən ibarət qrupun rəhbəri Elmira Hacıyeva ölkə başçısının tapşırığına əsasən keçirilən maarifləndirici tur-aksiyanın şagirdlər, təhsil işçiləri və valideynlər tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd edib: “Atalardan məsəl var. Yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Quba, Qusar, Xaçmazdakı tarixi abidələr, istirahət məkanları haqqında çox eşitmişdik. Bu tur-aksiya çərçivəsində isə yurdumuzun gözəl rayonları ilə yaxından tanış olmaq imkanı qazandıq. Məktəblilərin dünyagörüşünün artması, Vətənimizi daha da yaxından tanıması baxımından bu ekskursiyanın əhəmiyyəti olduqca böyükdür”.
Sonra tur-aksiyanın iştirakçıları “Şahdağ” Qış-Yay Turizm Kompleksində olublar. Onlara turizm kompleksində yaradılan şərait, buradakı istirahət və əyləncə növləri haqqında ətraflı məlumat verilib. Məktəblilər kompleksdə yay istirahəti üçün nəzərdə tutulan xidmətlərindən yararlanıblar. Kanat yolları ilə səyahət və dağ gəzintisi onların daha çox xoşuna gəlib.
Sonra tur-aksiyanın iştirakçıları Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə böyük maraqla baxıblar. Onlara Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dinamik inkişafı, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi naminə gördüyü əvəzsiz işlər haqqında geniş məlumat verilib.
Günün ikinci yarısında məktəblilər Qusar Tarix-Diyarşünaslıq Muzeyi, rəsm qalereyası və Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsini də ziyarət ediblər.
Avqustun 27-də Qax və Zaqatala məktəblilərindən ibarət qruplar Quba rayonunun görməli yerləri ilə tanış olacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42

