YAP-ın "Xalqa xidmət naminə" təbliğat-təşviqat kampaniyası çərçivəsində seçiçilərlə görüşlər davam edir

Dekabrın 23 - də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat - təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının hazırlıq işləri davam edir. “Xalqa xidmət naminə” devizi ilə keçirilən təbliğat -təşviqat kampaniyası çərçivəsində YAP - ın bələdiyyə üzvlüyünə namizədlərinin dekabrın 8 - də bölgələrdə görüşləri keçirilib. Seçicilərin yüksək fəallığı şəraitində keçirilən görüşlərdə Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri, YAP - ın Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.