Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, bu gündən etibarən partiyanın Qadınlar Şurası zona müşavirələri keçirəcək.
N.Əliyeva qeyd edib ki, bu tədbirlər partiyanın bələdiyyə seçkilərinə hazırlıqla bağlı müəyyənləşdirdiyi plana uyğun olaraq reallaşdırılacaqdır. Məqsəd bələdiyyə seçkilərinə hazırlığı və perspektiv məsələləri müzakirə etməkdir.