VIII Qurultay: gələcək fəaliyyətin əsas istiqamətləri

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Alunitdağ qəsəbə, Əmirvar, Gurbulaq, Tapan, Qazaxyolçular, Xoşbulaq və Zağalı ərazi partiya təşkilatlarında YAP-ın VIII Qurultayında müəyyənləşdirilən gələcək fəaliyyətin əsas istiqamətlərinə həsr olunan yığıncaqlar keçirilib.
Yığıncaqlarda qurultay nümayəndəsi – YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev və rayon təşkilatı aparatının məsul işçisi Sərdar Xıdırov iştirak ediblər.
Qeyd olunub ki, YAP-ın VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm mərhələni ifadə edən hadisə olmaqla yanaşı, ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi zəfərlərin və qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji hədəflərin müzakirəsi baxımından da əhəmiyyətli platforma olub. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı dövlətçilik tariximizin son onilliklərində formalaşmış siyasi xəttin nəticələrinə və Azərbaycanın yeni mərhələdə qarşısında duran vəzifələrə konseptual baxışı nümayiş etdirir.