YAP-ın VIII Qurultayında qarşıya qoyulan yeni hədəflər müzakirə edilib

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Daşkəsən Elektrik Şəbəkəsi, Aşağı Daşkəsən kənd və Kəmərqaya ərazi partiya təşkilatlarında YAP-ın VIII Qurultayında qarşıya qoyulan yeni hədəflərə həsr olunmuş yığıncaqlar keçirilib.

Yığıncaqlarda qurultay nümayəndələri – YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev, ərazi partiya təşkilatının sədri Azər Mahmudov və rayon təşkilatının aparatının məsul işçisi Sərdar Xıdırov iştirak ediblər.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultayda müəyyənləşdirdiyi strateji hədəflər, ölkəmizin müasir inkişaf modeli, siyasi və iqtisadi qüdrətinin artırılması, milli maraqların qorunması və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.