Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Telekommunikasiya Qovşağı və Uşaq İncəsənət Məktəbi ərazi partiya təşkilatlarında YAP-ın VIII Qurultayının nəticələrinə həsr olunmuş yığıncaqlar keçirilib.
Yığıncaqlarda qurultay nümayəndəsi, YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev iştirak edib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı proqram xarakterli nitqində qarşıya qoyduğu vəzifələr partiyanın gələcək fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik dəyərlərinin təbliği, bu prinsiplərin cəmiyyətə çatdırılması YAP üzvlərinin fəaliyyətində mühüm önəm kəsb edir.
Yığıncaq iştirakçıları VIII Qurultaydan irəli gələn vəzifələrin icrası, partiyanın qarşıya qoyduğu məqsədlərin reallaşdırılması və dövlətçilik prinsiplərinin təşviqi istiqamətində səylərini əsirgəməyəcəklərini bildiriblər.