yeniazerbaycan.com xəbər verir ki, Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatı və partiya fəalları rayonun Böyük Mərcanlı kəndindən olan şəhid Hacıyev Fərid Təşkilat oğlunun ad günü ilə əlaqədar Biləsuvar rayon 4 saylı köçkün qəsəbəsində, şəhidin öz evində keçirilən mərasimdə iştirak ediblər.
Mərasimdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışçılar F.Hacıyevin qəhrəmanlığından, döyüş yolundan bəhs ediblər.