Xankəndidə silah və sursat aşkarlanaraq götürülüb

Xankəndidə silah və sursat aşkarlanaraq götürülüb

Fevralın 12-də polis əməkdaşları Xankəndi şəhəri ərazisində əməliyyat keçiriblər. 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Əməliyyat nəticəsində 12 ədəd müxtəlif markalı avtomat silah, 10 ədəd müxtəlif markalı tüfəng, 3 tapança, 10 ədəd qumbara, 2 qumbara alışdırıcısı, 59 ədəd patron darağı, 1381 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkarlanaraq götürülüb