Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib.
O, bu barədə qərarını Ali Məclisin bu gün keçirilən növbədənkənar iclasında açıqlayıb.
Qeyd edək ki, V. Talıbov 1995-ci ilin dekabrın 16-dan bu günə qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi.