NVIDIA Censen Huanı yenidən prezident vəzifəsinə qaytarıb

NVIDIA Censen Huanı yenidən prezident vəzifəsinə qaytarıb

ABŞ-nin NVIDIA şirkəti Censen Huanın yenidən prezident və baş icraçı direktor vəzifəsinə təyin olunduğunu açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkət bazar ertəsi məlumat yayıb.

Qərar Huanın Çin kəşfiyyatı ilə əlaqəli olduğu ehtimal edilən şəxslə münasibətinə dair xəbərlər fonunda istefa verməsindən iki həftədən az müddət sonra qəbul edilib.

Şirkətin məlumatına görə, Huan, həmçinin NVIDIA-nın Direktorlar Şurasında təmsil olunacaq.

Direktorlar Şurası Huanla keçirilən bir sıra görüş və müzakirələrdən sonra onun səmimiliyinə və şirkətə rəhbərlik etmək qabiliyyətinə əmin olaraq vəzifəsinin bərpasına yekdilliklə səs verib.

NVIDIA bildirib ki, qərarın qəbulu prosesində ABŞ Hökumətinin yüksəkvəzifəli nümayəndələrinin rəyləri də nəzərə alınıb.

“Bu rəylərə əsasən, Direktorlar Şurası Censen Huanın vəzifəsinə bərpasının milli təhlükəsizlik üçün heç bir risk yaratmadığına əmindir”, – deyə şirkətin açıqlamasında vurğulanıb.