Ukrayna XİN Azərbaycana təşəkkür edib

Ukrayna XİN Azərbaycana təşəkkür edib

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) humanitar yardımla bağlı Azərbaycana təşəkkür edib.

Bu barədə Ukrayna XİN-in tviter səhifəsində paylaşım olunub.

“Ukrayna şəhərlərini generator və transformatorlarla təmin etdiyinə görə Azərbaycana minnətdarıq. Bu, Ukraynanın kritik infrastrukturunun bərpası üçün həyati əhəmiyyət kəsb edir”, - paylaşımda bildirilib.

Xatırladaq ki, Azərbaycan ötən ilin dekabrında Ukraynaya generator və transformatorlardan ibarət humanitar yardım göndərib.