Türkiyədə zəlzələdən sonra 14 min afterşok qeydə alınıb

Türkiyədə zəlzələdən sonra 14 min afterşok qeydə alınıb

Türkiyənin cənub-şərqində zəlzələnin baş verdiyi fevralın 6-dan bu günədək 14 min afterşok qeydə alınıb. 

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Agentlik zəlzələlərin davam etdiyi bölgədə zədələnmiş evlərə girməyin qadağan olduğunu vurğulayıb.