Türkiyədə partlayış baş verib, yaralananlar var

Türkiyədə partlayış baş verib, yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Bağçılar rayonunda yerləşən biznes mərkəzində partlayış baş verib.

Bu barədə NTV telekanalı xəbər verir.

İlkin məlumata görə, biznes mərkəzində yerləşən tekstil istehsalı atelyesində baş verən partlayış nəticəsində yaralananlar var.

Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.