Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina partlayışı baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.
Hadisə ilə əlaqədar araşdırma aparılır.