Son iki gündə Bakıda 14 nəfər dəm qazından zəhərlənib

Son iki gündə Bakıda 14 nəfər dəm qazından zəhərlənib

Son iki gün ərzində dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 14 nəfər müraciət edib.
Bu barədə mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib. O bildirib ki, onlardan 5-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya qəbul ediliblər, digərlərinə ilkin tibbi yardım edilərək evə buraxılıb.