Serbiyada hərbi zavodda partlayış olub

Serbiyada hərbi zavodda partlayış olub

Serbiyanın qərbində, Valyevo şəhərində Kruşik hərbi zavodunda partlayış baş verib.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 2 nəfər yaralanıb.

Partlayış səbəblərinin araşdırılması üşün xüsusi komissiya yaradılıb.